İş başlamazdan əvvəl lazım olan sənədlər: doldurulası texniki tapşırıq, təhvildə keçilən çek-list, konfiqurasiya nümunələri. Hər şablonun mətni səhifədə açıq durur: kopyalayın və ya fayl kimi endirin. Qeydiyyat və e-poçt tələb olunmur.
Hər səhifədə hazır bir mətn var: onu Claude, Codex, Gemini və ya işlətdiyiniz başqa kod agentinə verirsiniz. Agent şablonu oxuyur və onun tələb etdiyi işi görür: birini doldurur, birini layihənizə uyğunlaşdırır, biri ilə yoxlama aparır.
Sifariş və təhvil
Texniki tapşırıq şablonutexniki-tapsiriq.md155 sətirSayt və ya proqram sifariş edərkən doldurulan texniki tapşırıq şablonu: məqsəd, əhatə, rollar, funksional və qeyri-funksional tələblər, təhvil şərtləri və qəbul kriteriyaları.
Qəbul çek-listiqebul-cek-listi.md136 sətirHazır saytı təhvil alarkən nəyi yoxlamaq lazımdır: domen və SSL, ehtiyat nüsxə, admin girişi, sürət, mobil görünüş, SEO əsasları, təhlükəsizlik başlıqları, analitika, forma sınağı və sənədləşmə.
Kod nəzərdən keçirmə çek-listikod-nezerden-kecirme.md107 sətirPull request-ə baxarkən keçilən siyahı: doğruluq, təhlükəsizlik, xəta idarəetməsi, test əhatəsi, oxunaqlıq və performans. Hər bənd bir sual kimi yazılıb.
Qurma və konfiqurasiya
Mühit dəyişənləri nümunəsienv.example141 sətirLayihənin .env.example faylı üçün hazır sxelet: baza, keş, poçt, obyekt saxlama, xarici API açarları və mühit bayraqları. Hər dəyişənin üstündə bir sətirlik izah var.
Lokal inkişaf yığını üçün docker-composedocker-compose.yml123 sətirPostgreSQL, Redis, Mailpit və Adminer-i bir əmrlə qaldıran docker-compose faylı: sağlamlıq yoxlaması, adlandırılmış volume və port xəritəsi ilə.
Təhlükəsizlik
HTTP təhlükəsizlik başlıqlarıtehlukesizlik-basliqlari.conf108 sətirHazır konfiqurasiya: HSTS, Content-Security-Policy, nosniff, Referrer-Policy, Permissions-Policy və çərçivə qoruması. Faylda həm nginx, həm Caddy variantı var.
Ehtiyat nüsxə və bərpa qaydasıbaza-ehtiyat-nusxe.md153 sətirVerilənlər bazasının nüsxələnməsi üçün sənəd şablonu: nə, nə vaxt, harada saxlanılır, nə qədər qalır, bərpa necə edilir və sınağı kim keçirir.
Deploy və CI/CD
GitHub Actions CI (Node.js)ci.yml92 sətirNode və Next.js layihələri üçün hazır CI workflow: asılılıq keşi, typecheck, lint, test və build; pull request və main-ə push zamanı işə düşür.
Sayt köçürmə planısayt-kocurme-plani.md198 sətirSaytı bir hostinqdən digərinə köçürmək üçün addım-addım plan: inventar, DNS TTL, məzmun və baza köçürməsi, sınaq, keçid anı və geri dönüş qaydası.
Hadisə hesabatı (postmortem)hadise-hesabati.md132 sətirNasazlıqdan sonra doldurulan hesabat şablonu: xronologiya, təsirin rəqəmi, kök səbəb, görülən düzəliş və təkrarlanmaması üçün konkret addımlar.