Description
Admin and Site Enhancements (ASE) sizə müxtəlif inzibatçı iş axınlarını və sayt aspektlərini asanlıqla təkmilləşdirməyə və bunu edən bir neçə plaşini əvəz etməyə kömək edir.
Ömürlük sövdələşmə (LTD) ilə Pro versiya www.wpase.com saytında mövcuddur.
Jakson tərəfindən v7.1.5-dəki ASE Free-nin qısa icmalı.
Pascal Claro tərəfindən v7.0.3-dəki ASE Free-nin ətraflı icmalı.
İstifadəçilər nə deyir
“ASE hər bir veb sayt layihəsində quraşdırdığım onlarla və ya daha çox plaşini asanlıqla əvəz edir. Çox yüngüldür və istifadəsi asandır.” ~NetzzJD
“Mən ömürlük təklifi aldım və keyfiyyəti qarşısında heyran qaldım, həmçinin pulsuz versiya bir çox digər plaşinləri əvəz edir. BUNA BAYILDIM!” ~Jacob Wonder
“ASE möhtəşəm bir plaşindir! Zaman və pul qənaətçisidir. Təşəkkürlər!” ~Iulian Baciu
XÜSUSİYYƏTLƏR VƏ MODULLAR
72 modules in total:
57 free modules (30 has Pro features) | 15 Pro modules
Məzmun idarəetməsi
- [ASE Pro] Xüsusi Məzmun Növləri. Bricks, Breakdance, Oxygen və Elementor ilə inteqrasiya olunan, həmçinin Gutenberg və müxtəlif blok temaları və plaşinləri ilə uyğun gələn xüsusi yazı növlərini (CPT), xüsusi taksonomiyaları, xüsusi sahə qruplarını və seçim səhifələrini rahatlıqla qeydiyyata alın və düzəliş edin. Siz həmçinin asanlıqla ön tərəf yazı yerləşdirmə forması yarada bilərsiniz. Bu, ACF Pro, Meta Box, Toolset, Pods, JetEngine və ya ACPT üçün bir alternatvdir.
- Məzmunun dublikatının çıxarılması. Səhifələrin, yazıların və CPT-lərin bir kliklə dublikatının çıxarılması. ASE Pro dublikatın çıxarılmasını yalnız müəyyən istifadəçi rolları və yazı növləri üçün aktivləşdirir və dublikat keçidi üçün yer seçimi əlavə edir.
- Məzmun ardıcıllığı. wp-admin-də iyerarxik olan və ya səhifə atributlarını dəstəkləyən müxtəlif yazı növlərinin fərdi ardıcıllığını aktivləşdirin. ASE Pro iyerarxik olmayan və səhifə atributlarını dəstəkləməyən yazı növlərinin, o cümlədən media / əlavələrin ardıcıllığını aktivləşdirir. Yazıların yerinin dəyişdirilməsi və alt yazıların valideyninin dəyişdirilməsi dəstəklənir. O, həmçinin sıralama səhifəsində taksonomiya terminlərini və / və ya çıxarışları (excerpt) dəyişməyə və fərdi ardıcıllığı ön hissədə, o cümlədən bitişik yazı naviqasiyası üçün tətbiq etməyə imkan verir.
- [ASE Pro] Terminlərin Sıralanması. wp-admin-də və ön tərəfdə müxtəlif taksonomiyalardan olan terminlərin xüsusi sıralanmasını aktivləşdirin.
- Media Files Visibility Control: Limit media files visibility so only administrators can see all media files. Non-administrator users will only see media files they uploaded themselves in the media library and in the modal window to add/insert media. ASE Pro adds an option to specify which non-administrator user roles will have such limitation.
- [ASE Pro] Media Kateqoriyaları. Media kitabxanası üçün kateqoriyalar əlavə edin və media bəndlərinin sürüklə-burax üsulu ilə kateqoriyalara ayrılmasını aktivləşdirin.
- Medianın Əvəzlənməsi. Mövcud keçidlərin qırılmayacağından əmin olaraq istənilən növ media faylını asanlıqla yenisi ilə əvəzləyin. ASE Pro həmçinin media kitabxanasının tor görünüşündən medianı əvəzləməyə imkan verir.
- SVG yükləmə. Bəzi və ya bütün istifadəçi rollarına SVG fayllarını yükləməyə icazə verin, təhlükəsizliyi təmin etmək üçün həmin fayllar təmizlənəcəkdir.
- AVIF Yükləmə. Media Kitabxanasına AVIF fayllarının yüklənməsini aktivləşdirin.
- [ASE Pro] Qaralamalar üçün İctimai Önbaxış. Bəzi və ya bütün ictimai yazı növlərindən olan qaralama yazıları üçün ictimai önbaxışı aktivləşdirin.
- Xarici daimi linklər. Səhifələrin, yazıların və/və ya xüsusi yazı növlərinin xarici url-lərə yönələn daimi linklərə malik olmasını aktiv edin. ASE Pro yalnız müəyyən yazı növlərində / müəyyən yazı növləri istisna olmaqla və ya bütün yazı növlərində aktiv etmək üçün seçim əlavə edir.
- Bütün Xarici Keçidləri Yeni Nişanda Aç. Bütün xarici sayt keçidlərini target=”_blank” atributu vasitəsilə yeni brauzer nişanında açılmağa məcbur edin.
- Xüsusi Naviqasiya Menyu Bəndlərinin Yeni Nişanda Açılmasına İcazə Verin. Xüsusi naviqasiya menyu bəndlərinin target=”_blank” atributu vasitəsilə yeni brauzer nişanında açılan keçidlərə sahib olmasına icazə verin.
- Gecikmiş planlı yazıları avtomatik yayımla. Sayt ziyarət edildikdə, “vaxtı keçmiş plan” olaraq işarələnmiş bütün növ planlı yazıların yayımlanmasını başladın.
İnzibatçı interfeysi
- İnzibatçı panelini təmizlə. İnzibatçı panelindən müxtəlif standart elementləri silin. ASE Pro digər plaşinlərin inzibatçı paneli bəndlərini silməyə imkan verir.
- İnzibatçı bildirişlərini gizlət. Bildirişləri inzibatçı paneli vasitəsilə asanlıqla əlçatan olan ayrıca panelə köçürərək inzibatçı səhifələrini təmizləyin. ASE Pro inzibatçı olmayanlar üçün də bildirişləri gizlətmək seçimini əlavə edir.
- İdarə Paneli Vidjetlərini Deaktiv Et. Bəzi və ya bütün vidjetləri tamamilə deaktiv edərək idarə panelini təmizləyin və sürətləndirin.
- İnzibatçı panelini gizlət. Bütün və ya bəzi istifadəçi rolları üçün ön hissədə (frontend) inzibatçı panelini gizlədin. ASE Pro həmçinin bütün və ya bəzi istifadəçi rolları üçün idarə panelində (backend) inzibatçı panelini gizlətməyə imkan verir.
- [ASE Pro] İnzibatçı loqosu. Brendinizi ön plana çıxararaq inzibatçı panelinizi fərdiləşdirin. Brend loqonuzu inzibatçı panelinə və ya inzibatçı menyusunun yuxarı hissəsinə yükləyin.
- Daha geniş inzibatçı menyusu. Geniş bəndlərin daha yaxşı yerləşməsi üçün inzibatçı menyusuna daha çox yer verin.
- İnzibatçı menyusu redaktoru / təşkilatçısı. İnzibatçı menyusunun ardıcıllığını fərdiləşdirin və istəyə bağlı olaraq menyu bəndinin başlığını dəyişdirin və ya bəzi bəndləri gizlədin. ASE Pro bəzi və ya bütün istifadəçi rolları üçün menyu bəndlərini həmişəlik gizlətməyə və alt menyu bəndlərini yenidən sıralamağa imkan verir.
- [ASE Pro] İnzibatçı sütunları meneceri. Səhifələr, yazılar və xüsusi yazı növləri üçün inzibatçı siyahısındakı sütunları idarə edin və nizamlayın. Hazırda ASE, ACF və Meta Box xüsusi sahələrini dəstəkləyir.
- Fərdi taksonomiya filtrlərini göstər. İyerarxik, fərdi taksonomiyalar üçün siyahı cədvəllərində əlavə filtr(lər) göstərin. ASE Pro iyerarxik olmayan taksonomiyalar üçün əlavə filtr(lər) göstərmək seçimi əlavə edir.
- Siyahı Cədvəllərini Təkmilləşdir. Sütunlar və elementlər (məsələn, xüsusi şəkil, qısa məzmun, son dəyişiklik, ID, media fayl ölçüsü sütunları) əlavə etməklə və ya silməklə müxtəlif yazı növlərinin siyahı səhifələrinin faydalılığını artırın.
-
Müxtəlif İnzibatçı İnterfeysi Təkmilləşdirmələri: İnzibatçı interfeysinin müxtəlif hissələri üçün müxtəlif, kiçik təkmilləşdirmələr.
- Media Kitabxanasında Sonsuz Sürüşdürmə: Media kitabxanasının tor görünüşündə sonsuz sürüşdürməni yenidən aktivləşdirin.
- Aktiv Plaşinləri Birinci Göstər: Aktiv / aktivləşdirilmiş plaşinləri Quraşdırılmış Plaşinlər siyahısının yuxarısında göstərin.
- [ASE Pro] Taksonomiya iyerarxiyasını qoru: Klassik redaktorda taksonomiya terminlərinin yoxlama siyahısının vizual iyerarxiyasını qoruyun.
- [ASE Pro] İdarə paneli sütun tənzimləmələrini aktivləşdir: “Ekran seçimləri”ndə idarə paneli sütunlarının düzülüşünün əllə tənzimlənməsini aktivləşdirin. 1-dən 4-ə qədər sütun seçə bilərsiniz.
- [ASE Pro] İstifadəçi Rolu Slag(lar)ını İnzibatçı ‘Body’ Siniflərinə Əlavə Et: İnzibatçı sahəsini yalnız müəyyən istifadəçi rolları üçün dəyişdirmək lazım olduqda faydalıdır.
- [ASE Pro] İstifadəçi adını İnzibatçı ‘Body’ Siniflərinə Əlavə Et: İnzibatçı sahəsini yalnız müəyyən istifadəçi(lər) üçün dəyişdirmək lazım olduqda faydalıdır.
-
Xüsusi İnzibatçı Altlıq Mətni: wp-admin səhifələrinin altlığında gördüyünüz mətni fərdiləşdirin. ASE Pro media yükləməyi / daxil etməyi aktivləşdirir.
Giriş/Çıxış və Qeydiyyat
- Giriş URL-ni dəyişdir. Giriş URL-ni fərdiləşdirərək onu daha yadda qalan və təhlükəsiz edin. ASE Pro WooCommerce səhifələrindəki (məsələn, hesab və ödəniş) giriş prosesi ilə uyğunluq və standart giriş URL-lərində xüsusi 404 yönləndirməsi əlavə edir.
- Giriş ID Növü. Giriş ID-sini yalnız istifadəçi adı və ya e-poçt ünvanı ilə məhdudlaşdırın.
- [ASE Pro] Giriş səhifəsi fərdiləşdiricisi. Giriş səhifəsinin dizaynını asanlıqla fərdiləşdirin.
- Giriş səhifəsində sayt kimliyi. Giriş səhifəsində wordpress.org-a keçidi olan standart WordPress loqosunu sayt ikonası və URL ilə əvəz etmək üçün istifadə edin.
- Giriş/Çıxış Menyusu. İstənilən menyuya əlavə etmək üçün giriş, çıxış və dinamik giriş/çıxış menyu bəndini aktivləşdirin. ASE Pro “Giriş” və “Çıxış” mətnini fərdiləşdirmək üçün seçim əlavə edir.
- Qeydiyyat Sütunu. İstifadəçilərin qeydiyyat tarixini göstər. ASE Pro sütunu sıralana bilən edir.
- Son giriş sütunu. Saytdakı istifadəçilərin sonuncu dəfə nə vaxt daxil olduqlarını qeydə alın və istifadəçi siyahısı cədvəlində tarixi və zamanı göstərin. ASE Pro sütunu sıralana bilən edir.
- Girişdən / Çıxışdan Sonra Yönləndirmə. Giriş / çıxışdan sonra bütün və ya bəzi istifadəçi rolları üçün fərdi yönləndirmə URL-i təyin edin. ASE Pro hər bir rol üçün ayrıca yönləndirmə URL-i təyin etmək seçimi əlavə edir.
Fərdi kod
- [ASE Pro] Kod fraqmentləri meneceri. Saytınızın məzmununu, dizaynını, davranışını və funksionallığını dəyişdirmək üçün CSS / SCSS, JS, HTML və PHP kod fraqmentlərini rahatlıqla əlavə edin və idarə edin.
- Xüsusi İnzibatçı CSS-i.
- Xüsusi Ön Tərəf CSS-i.
- <head>, <body> və <footer> kodu daxil et. İzləmə, analitika və s. üçün <meta>, <link>, <script> və <style> etiketlərini asanlıqla daxil edin.
- Xüsusi Body Klası.
- ads.txt və app-ads.txt-ni idarə et.
- robots.txt-ni idarə et.
Komponentləri deaktiv et
- Gutenberg-i deaktiv et. Bəzi və ya bütün tətbiq edilə bilən yazı növləri üçün Gutenberg blok redaktorunu deaktiv edin. İstəyə görə ön tərəf blok aktivlərini deaktiv edin. ASE Pro yalnız müəyyən yazı növlərində / istisna olmaqla, yaxud bütün yazı növlərində deaktiv etmək üçün seçim əlavə edir.
- Şərhləri deaktiv et. Bəzi və ya bütün ictimai yazı növləri üçün şərhləri deaktiv edin. ASE Pro yalnız müəyyən yazı növlərində / istisna olmaqla, yaxud bütün yazı növlərində deaktiv etmək üçün seçim əlavə edir.
- REST API-ni Deaktiv Et. Autentifikasiya olunmamış istifadəçilər üçün REST API girişini deaktiv edin və <head>, HTTP başlıqları və WP RSD son nöqtəsindən URL izlərini silin. ASE Pro yalnız bəzi autentifikasiya olunmuş istifadəçi rolları (məsələn, inzibatçılar) üçün girişi aktivləşdirmək seçimini və həmçinin müəyyən API marşrutlarını deaktivasiyadan xaric etmək yolunu əlavə edir.
- Lentləri Deaktiv Et. Bütün RSS, Atom və RDF lentlərini deaktiv edin.
- Yerləşdirmələri Deaktiv Et. Saytınızın məzmununun digər saytlarda yerləşdirilməsinin qarşısını alın. Ağ siyahıda olmayan saytların saytınızda yerləşdirilməsinin qarşısını alın. Bütün əlaqəli JavaScript-ləri deaktiv edin. Yerləşdirmə bloku dəstəyini silir.
- Bütün yeniləmələri deaktiv et. Nüvə, tema və plaşin yeniləmələrini və avtomatik yeniləmələri tamamilə deaktiv edin. Bu, həmçinin yeniləmə yoxlamalarını, bildirişləri və e-poçtları da deaktiv edəcək.
- Müəllif Arxivlərini Deaktiv Et. Müəllif arxivlərini yükləməyə çalışarkən 404 (Tapılmadı) xətası qaytarın. Müəllif arxivlərinə keçidləri silin və ya deaktiv edin. Müəllif arxivlərini sayt xəritəsindən silin.
- Kiçik Komponentləri Deaktiv Et. Kiçik komponentlərin işləməsinin və ya yüklənməsinin qarşısını alın. Bunlara generator <meta> etiketi, versiya nömrəsi, Windows Live Writer (WLW) manifest <link> etiketi, Really Simple Discovery (RSD) <link> etiketi, <head>-də WordPress qısa keçid <link> etiketi, həmçinin dashicons CSS və JS faylları, emoji dəstəyi, jQuery Migrate, blok əsaslı vidjet tənzimləmələri ekranı, şəkillərin yerli tənbəl yüklənməsi, tətbiq şifrələri və plaşin / tema redaktoru daxildir.
Təhlükəsizlik
- Limit Login Attempts. Prevent brute force attacks by limiting the number of failed login attempts allowed per IP address. ASE Pro adds IP whitelisting, which is also useful to unblock users.
[ASE Pro] CAPTCHA Protection. Support for ALTCHA self-hosted version (GDPR-compliant, open source, free), Google reCaptcha v2 and v3, and Cloudflare Turnstile for WordPress default login, password reset, registration and comment forms and WooCommerce login, password reset and registration forms.
[ASE Pro] Two-Factor Authentication (2FA). Add an extra verification step during login for some or all user roles with grace period settings. Supported methods are authenticator app (TOTP), recovery codes and email. Compatible with the Change Login URL, Limit Login Attempts and CAPTCHA Protection modules. - Müəllif Slaqlarını Gizlədin. İstifadəçi slaqlarını / istifadəçi adlarını göstərən ictimaiyyətə açıq müəllif səhifəsi URL-lərini gizlədin.
- E-poçt Ünvanı Gizlədici. Spam botların e-poçt ünvanlarını toplamasının qarşısını almaq üçün onları gizlədin. ASE Pro gizlədilmiş mailto: keçidinin çıxışını və həmçinin yazı məzmununda e-poçt ünvanlarının avtomatik gizlədilməsini aktivləşdirir.
- XML-RPC-ni deaktiv et. Saytınızı XML-RPC vasitəsilə edilən kütləvi hücum (brute force), DOS və DDOS hücumlarından qoruyun. Həmçinin trackback və pingback-ləri deaktiv edir.
Optimallaşdırmalar
- Şəkil yükləmə nəzarəti. Yeni yüklənmiş böyük şəkillərin ölçüsünü kiçildin və orijinal yüklənmiş faylları silin. BMP və qeyri-şəffaf PNG faylları JPG-yə çevriləcək və ölçüləri dəyişdiriləcək. ASE Pro xüsusi JPG çevrilmə keyfiyyətini təyin etməyə, həmçinin xüsusi çevrilmə keyfiyyəti ilə WebP-yə çevrilmə seçiminə imkan verir.
- Redaktələrə nəzarət. Redaktələri dəstəkləyən bəzi və ya bütün yazı növləri üçün saxlanılacaq redaktə sayını məhdudlaşdırmaqla verilənlər bazasının şişməsinin qarşısını alın.
- Heartbeat Nəzarəti. WordPress heartbeat API-nin intervalını dəyişdirin və ya onu inzibatçı səhifələrində, yazı yaradılması/redaktəsi ekranlarında və/və ya saytın ön tərəfində deaktiv edin.
Köməkçi alətlər
- E-poçt çatdırılması. Fərdi göndərən adı və e-poçtu təyin edin. Saytınızdakı bildiriş və tranzaksiya e-poçtlarının gələnlər qutusuna çatdırılmasını təmin etmək üçün istəyə bağlı olaraq xarici SMTP xidmətindən istifadə edin. ASE Pro fərdi cavab adı və e-poçtu, Bcc ünvan(lar)ı təyin etmək, autentifikasiyanı deaktiv etmək və e-poçt çatdırılmasını qeydə almaq (loqlamaq) seçimini əlavə edir.
- [ASE Pro] Forma Qurucu. Sayt ziyarətçilərindən, istifadəçilərdən və ya üzvlərdən məlumat toplamaq üçün ön tərəfdə müxtəlif növ formaların (əlaqə, rəy, bron etmə, müraciət, təklif, qəbul, dəstək, sorğu və s.) ‘sürüşdür və burax’ üsulu ilə yaradılmasını aktivləşdirin. Net Promoter Score (NPS), Likert, vahid və dəyişən açılan siyahılar matrisi və CAPTCHA sahələri daxil olmaqla 33 sahə növü mövcuddur. Fərdi forma üslublarını, çoxsütunlu tərtibatı, e-poçt bildirişini, avtomatik cavablandırıcını, qeydlərin idarə edilməsini və məlumatları Zapier, n8n, Make, Pabbly Connect, Integrately, IFTTT, SureTriggers / OttoKit, Uncanny Automator, Bit Flows, AutomatorWP, WP Fusion və s.-ə göndərmək üçün ‘webhook’-ları dəstəkləyir.
- [ASE Pro] Fayl meneceri. WordPress üçün qovluq ağacı naviqasiyası, fayl və qovluq əməlləri və kod redaktə etmə imkanları olan geniş fayl meneceri.
- [ASE Pro] Yerli istifadəçi avatarı. WordPress Media Kitabxanasından hər hansı bir şəklin istifadəçi avatarı kimi istifadə edilməsini aktivləşdirin.
- Çoxsaylı İstifadəçi Rolları. İstifadəçi hesabı yaradılması və düzəliş edilməsi zamanı bir neçə rolun təyin edilməsini aktivləşdirin.
- Şəkil Ölçüləri Paneli. Media kitabxanasında şəklə baxarkən bütün mövcud ölçüləri göstərən və keçid verən panel nümayiş etdirir. ASE Pro kliklədikdə şəkil URL-ni kopyalamaq üçün rahat düymə əlavə edir.
- İnzibatçıya rol kimi bax. İnzibatçı səhifələrinə və sayta (daxil olmuş halda) inzibatçı olmayan istifadəçi rollarından biri kimi baxın.
- Şifrə qoruması. Məzmunu ictimai baxışdan və axtarış motoru botlarından / skanerlərindən gizlətmək üçün bütün saytı şifrə ilə qoruyun. ASE Pro IP ağ siyahısını və URL parametri vasitəsilə keçidi əlavə edir, həmçinin “Giriş Səhifəsi Fərdiləşdiricisi” modulundan dizayn elementlərini tətbiq edir.
- Texniki xidmət rejimi. Sadə bir texniki xidmət mesajı göstərin. ASE Pro fərdi səhifə və brauzer tabı başlığı təyin etmək, WYSIWYG redaktorundan istifadə etmək, naxış, şəkil, düz rəngli arxa fon istifadə etmək, fərdi CSS tətbiq etmək, həmçinin blok / klassik redaktor və ya səhifə qurucu ilə yaradılmış mövcud səhifəni texniki xidmət səhifəsi kimi istifadə etmək seçimi əlavə edir. O, həmçinin müəyyən URL-ləri istisna etmək və qeyri-inzibatçıların ön hissəyə daxil olmasına icazə vermək seçimi əlavə edir.
- [ASE Pro] Yönləndirmə İdarəçisi. ‘Wildcard’ və müntəzəm ifadələr (regex) dəstəyi ilə müxtəlif növ yönləndirmələri asanlıqla idarə edin. Dəstəklənən yönləndirmə növləri: 301 Moved Permanently, 302 Found (standart), 303 See Other, 304 Not Modified, 307 Temporary Redirect, 308 Permanent Redirect, 400 Bad Request, 401 Unauthorized, 403 Forbidden, 404 Not Found, 410 Gone, 500 Internal Server Error, 501 Not Implemented və 503 Server Unavailable.
- 404 yönləndirməsi. Bütün 404 (tapılmadı) səhifələri üçün ana səhifəyə 301 (daimi) yönləndirmə həyata keçirin. ASE Pro fərdi yönləndirmə URL-i təyin etmək seçimi əlavə edir.
- Sistem xülasəsini göstər. İdarə panelindəki “Bir baxışda” vidjetində veb server proqram təminatı, PHP versiyası, verilənlər bazası proqramı və server IP ünvanını göstərin. ASE Pro həmçinin saytın, verilənlər bazasının və root, wp-content, plaşinlər, temalar və yükləmə qovluqlarının ölçüsünü göstərir.
- Axtarış motoru görünürlük statusu. Saytın indekslənməsi məhdudlaşdırıldıqda inzibatçı panelində statusu və bildirişi göstərin. ASE Pro tərtibat / sınaq (staging) saytlarının axtarış motoru tərəfindən görünməsinin qarşısını almaq üçün yol əlavə edir.
ASE Pro
Ömürlük sövdələşmə (LTD) www.wpase.com saytında mövcuddur.
DİLLƏR
ASE 30-dan çox dilə tərcümə edilmişdir. Siz ASE-nin öz dilinizə (dillərinizə) tərcümə edilməsinə kömək edə bilərsiniz.
Screenshots
FAQ
-
ASE tənzimləmələrini / konfiqurasiyasını necə sıfırlaya bilərəm?
-
Hər hansı bir səbəbdən ASE-ni silmək və tənzimləmələri / konfiqurasiyanı sıfırlamaq lazımdırsa, lütfən bu addımları izləyin:
- FTP vasitəsilə veb saytınıza daxil olun və /wp-content/plugins/admin-site-enhancements/ ünvanındakı ASE plaşini qovluğunu silin.
- Saytınıza standart URL, /wp-admin/ və ya /wp-login.php vasitəsilə giriş edin.
- SQL Buddy plaşinini quraşdırın, onu açın və wp_options cədvəlinə klikləyin.
- wp_options cədvəli sətirlərinin yuxarı hissəsindəki kiçik filtr nişanından istifadə edin və “option_name” => “contains” => “admin_site_enhancements” üzrə filtr tətbiq edin. 3 seçim əldə etməlisiniz. Hər birinin üzərinə klikləyin və aşağı sağ küncdəki “Sil” nişanına vurun.
- ASE-ni ehtiyaca uyğun olaraq yenidən quraşdırın və konfiqurasiya edin.
Əgər hələ də wp-admin idarə panelinizə girişiniz varsa, 1-ci və 2-ci addımları ötürə bilərsiniz.
-
ASE Multisite (çoxsaytlılıq) ilə işləyirmi?
-
ASE rəsmi olaraq çoxsaytlı (multisite) rejimini dəstəkləmir. Zəhmət olmasa, riskini öz üzərinizə götürərək istifadə edin. Bununla belə, bir neçə istifadəçi şəbəkə aktivləşdirilməsi ilə deyil, hər bir alt saytda aktivləşdirildikdə çoxsaytlı sistemlərində yaxşı işlədiyini bildirmişdir.
Reviews
Contributors & Developers
“İnzibatçı və Sayt Təkmilləşdirmələri (ASE)” is open source software. The following people have contributed to this plugin.
Contributors“İnzibatçı və Sayt Təkmilləşdirmələri (ASE)” has been translated into 26 locales. Thank you to the translators for their contributions.
Translate “İnzibatçı və Sayt Təkmilləşdirmələri (ASE)” into your language.
Interested in development?
Browse the code, check out the SVN repository, or subscribe to the development log by RSS.
Changelog
Admin and Site Enhancements (ASE) v1.0.0 was released on October 17, 2022. Since then, there have been 84 major releases (e.g. 1.1.0 ) and 185 minor releases (e.g. 4.9.1), for a total of 269 releases.
Hər bir əsas buraxılış adətən bir yeni modul/xüsusiyyət əlavə edilməsinə uyğun gəlir. Hər modul/xüsusiyyət adətən bir (və ya daha çox) tək məqsədli plaşin ekvivalentidir. Hər bir kiçik buraxılış adətən mövcud modullar/xüsusiyyətlər üçün bir və ya bir neçə xəta düzəlişi və ya təkmilləşdirməni ehtiva edir.
ASE Pro-ya yüksəlt. Ömürlük təklif (LTD) mövcuddur.
8.4.0 (2026.02.16) – ASE Free and Pro
-
[ADDED in Pro] Security >> Two-Factor Authentication: Add an extra verification step during login for some or all user roles with grace period settings. Supported methods are authenticator app (TOTP), recovery codes and email. Compatible with the Change Login URL, Limit Login Attempts and CAPTCHA Protection modules. Props to Sebastian, Laurent F., Jonathan, Carlos d.A. Silvan L., Luethi, Ramyt I., Ammar, Marcel S., Drijen S., Stefan B., Timothy L. and Cory V. for prompting this addition.
-
[FIXED in Free and Pro] Disable Components >> Disable Gutenberg: fixed a PHP fatal error that occurs in a certain scenario. Props to @d79 for reporting this in detail with the error entry log.
-
[Free və Pro-da TƏRCÜMƏ] ASE artıq 36 dilə tərcümə edilir:
- Aşağıdakılar üçün yeni/təkmilləşdirilmiş tərcümə əlavə edildi:
- ASE Free: updated Danish, Spanish (Chile), Russian, Portuguese (Brazil), Polish, Persian, German, Dutch (Netherlands), Dutch (Belgium)
- ASE Pro: updated Danish, Portuguese (Brazil)
- Daha çox sətir beynəlmiləlləşdirildi. @Tərcüməçilər, hələ etməmisinizsə, yeni sətirləri tərcümə etmək üçün lütfən Pulsuz və Pro versiyalar üçün müvafiq layihə səhifələrini ziyarət edin.
- Tərcüməyə kömək etməkdə və ya tərcüməni təkmilləşdirməkdə maraqlısınız? Daha çox məlumat üçün lütfən https://translate.wpase.com ünvanına keçin.
- Çin dili (Çin): ASE Free və Pro (tamamlanıb). @bricksvip və başqalarına təşəkkürlər. Cari status: 12 sətir tərcümə olunmayıb.
- Portuqal dili (Braziliya): ASE Free və ASE Pro (tamamlanıb). Valdemir M., Dennis F., denisgomesfranco, Denison C. və @ofmarconi-yə təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Macar dili: ASE Free və Pro (tamamlanıb). R. József G. və başqalarına təşəkkürlər. Cari status: 41 sətir tərcümə olunmayıb.
- Vyetnam dili: ASE Free və Pro (tamamlanıb). Hoang N.Q. və başqalarına təşəkkürlər. Cari status: 8 sətir tərcümə olunmayıb.
- İtalyan dili: ASE Free və Pro (tamamlanıb). Fabio P. və başqalarına təşəkkürlər. Cari status: 28 sətir tərcümə olunmayıb.
- Niderland dili: ASE Free və Pro (tamamlanıb). Toine R və Peter S. və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Koreya dili: ASE Free və Pro (tamamlanıb). @chazmlab və başqalarına təşəkkürlər. Cari status: 1 sətir tərcümə olunmayıb.
- Alman dili (Rəsmi): ASE Free və Pro (tamamlanıb). Təşəkkürlər: @markussss, Bastian S. və başqaları. Cari status: 50 sətir tərcümə edilməyib.
- Fransız dili: ASE Free və Pro (tamamlanıb). Stéphan G., @jeanfrancoisdelvin, @srossignol, @lucashw, @skippy43, @anlip, @agencefacton, @injsbx və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Polyak dili: ASE Free və Pro (tamamlanıb). Jaroslaw K., Dziubek və Dariusz Z. və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Norveç dili: ASE Free və Pro (tamamlanıb). Alf O.F. və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Çex dili: ASE Free və Pro (tamamlanıb). Jan S. və başqalarına təşəkkürlər. Cari status: 65 sətir tərcümə olunmayıb.
- İspan dili (İspaniya): ASE Free və Pro (tamamlanıb). @marcorubiol və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Slovak dili: ASE Free və Pro (tamamlanıb). Dominik K. və başqalarına təşəkkürlər. Cari status: 12 sətir tərcümə olunmayıb.
- İndoneziya dili: ASE Free və Pro (tamamlanıb). @pakacil, Wawan S. və başqalarına təşəkkürlər. Cari status: 9 sətir tərcümə olunmayıb.
- Portuqal dili (Portuqaliya): ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Ricardo C. və başqalarına təşəkkürlər. Cari status: 0 sətir tərcümə olunmayıb.
- Ukrayna dili: ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Irina və başqalarına təşəkkürlər. Cari status: 28 sətir tərcümə olunmayıb.
- Urdu dili: ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Təşəkkürlər: Ayyaz A. və başqaları. Cari status: 98 sətir tərcümə edilməyib.
- İsveç dili: ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Təşəkkürlər: Robert M. və Tor-Bjorn F.. Cari status: 29 sətir tərcümə edilməyib.
- Danimarka dili: ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Təşəkkürlər: Morten E.L., Helgi P. və Kurt M.A. və başqaları. Cari status: 1 sətir tərcümə edilməyib.
- Ərəb dili: ASE Free (tamamlanıb) | ASE Pro (tamamlanıb). Təşəkkürlər: Mohammed J., Yaser M. və başqaları. Cari status: 1 sətir tərcümə edilməyib.
- Rumın dili: ASE Free (tamamlanıb) | ASE Pro (qismən). Təşəkkürlər: Dan C., @ravishi və @catalinx777. Cari status: 34 sətir tərcümə edilməyib.
- Türk dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @saeead, @serdaroztrk və başqaları. Cari status: 1 sətir tərcümə edilməyib.
- Çin dili (Tayvan): ASE Free (tamamlanıb). Təşəkkürlər: @gordon168 və Hedula. Cari status: 1 sətir tərcümə edilməyib
- İspan dili (Çili): ASE Free (tamamlanıb). Təşəkkürlər: @srgio. Cari status: 8 sətir tərcümə edilməyib.
- Serb dili: ASE Free (qismən). Təşəkkürlər: Igor E. və @plug-n-play. Cari status: 8 sətir tərcümə edilməyib.
- Alban dili: Təşəkkürlər: @algertpateqi. Cari status: 7 sətir tərcümə edilməyib.
- Fars dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @saeead və başqaları. Cari status: 40 sətir tərcümə edilməyib.
- Rus dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @sergey369, @pfgr və başqaları. Cari status: 3 sətir tərcümə edilməyib.
- Bosniya dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @plug-n-play və başqaları. Cari status: 37 sətir tərcümə edilməyib.
- Xorvat dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @plug-n-play. Cari status: 41 sətir tərcümə edilməyib.
- Yapon dili: ASE Free (tamamlanıb). Təşəkkürlər: @zionote və başqaları. Cari status: 1 sətir tərcümə edilməyib.
- Katalan dili: ASE Free və Pro (tamamlanıb). Təşəkkürlər: @agendablanca, @lluishospital və başqaları. Cari status: 12 sətir tərcümə edilməyib.
- Benqal dili (Banqladeş): ASE Free (tamamlanıb) və Pro (qismən). Ruhani R.-ə təşəkkürlər. Cari status: 9 sətir tərcümə olunmayıb.
- Bolqar dili: ASE Free (tamamlanıb) və Pro (qismən). Təşəkkürlər: Svetoslav S.. Cari status, 8 sətir tərcümə edilməyib.
- Yunan dili: ASE Free (tamamlanıb) və Pro (qismən). Təşəkkürlər: Stelio C.. Cari status: 1 sətir tərcümə edilməyib.
- Holland (Belçika): ASE Free (tamamlanıb). Pieterjan D.-yə təşəkkürlər. Cari status, 0 sətir tərcümə olunmayıb.
- Azərbaycan dili: ASE Free (tamamlanıb). Saeid BGrn-ə təşəkkürlər. Cari status, 0 sətir tərcümə olunmayıb.










