Məzmuna keç

Vikipediya:Kənd meydanı

"Qanunla təhdid olmaz" və "Saxtakarlıqla məşğul olmayın"

Salam. Bu iki qaydanı hazırlamışam. Diqqət yetirməyinizi xahiş edirəm, əlavə ediləcək şey varsa, əlavə edək və səsverməyə çıxaraq. Hər ikisi də Vikipediya üçün çox vacib sütun qaydalardandır və gələcəkdə Arbitraj Komitəsini də işə salmaq üçün bu qaydaların qəbulu mütləqdir. Hörmətlə, Qədir (müzakirə) 16:31, 22 fevral 2025 (UTC)Cavabla

Vikipediya:Saxtakarlıqla məşğul olmayın-da saxtakarlıqlar yaymaq ifadəsini doğru hesab etmirəm. minlərcə insan tərəfindən inanılmış və uzun müddət inanılmış mövzular olmalıdır. "və ya" yazılmayıbsa inanmağın biri yazılmalıdı. — Bikar müzakirə 17:09, 22 fevral 2025 (UTC)Cavabla
Bilmirəm niyə doğru hesab etmirsiz, amma alternativi ilə əvəz etməyinizdə problem görmürəm, edə bilərsiniz. Digər məsələni həll etdim. Ümumiyyətlə, hər dəfə bildirmək əvəzinə belə kiçik dəyişiklikləri düzəliş izahı verərək də özünüz həll edə bilərsiniz. Çatışmayan şeylər varsa və ya xətalı hesab etdikləriniz varsa, bildirə bilərsiniz, müzakirə edək. Hörmətlə, Qədir (müzakirə) 19:51, 22 fevral 2025 (UTC)Cavabla

inzibatçıların & bürokratların siyahısı

hallooooo!!! :3

@Gadir ilə birlikdə bişirmişikinzibatçıların bürokratların siyahısını cədvəl şəklində, bir qədər ətraflı məlumatla əks etdirən iki şablon hazırlamışıq. şablon(lar) türkcə vikipediyadakı ekvivalent(lər)indən uyğunlaşdırılaraq və özümüzünküləşdirilərək yaradılıb. istifadəyə verilməsi ilə əlaqədar fikirlərinizi bilmək istərdik. minnətdarıq!! :3 əkrəm. 19:55, 25 fevral 2025 (UTC)Cavabla

əladır 👍🏻👍🏻 (yoxlamadım, düzgün işləyir? :D) Atakhanli (müzakirə) 20:04, 25 fevral 2025 (UTC)Cavabla
Hə, bircə bot dəstəyi qalıb, onu da həll edəcəm. Hörmətlə, Qədir (müzakirə) 20:05, 25 fevral 2025 (UTC)Cavabla
məndə son 1 ayda 100+ fəaliyyətim olub, amma aktiv yazılmayıb 🥲 Atakhanli (müzakirə) 20:06, 25 fevral 2025 (UTC)Cavabla
Sorry, siyahını hazırda əllə yazmışdım, səhvimi düzəldirəm indi (copy-paste edəndə düzəldmək yaddan çıxıb) :D Hörmətlə, Qədir (müzakirə) 20:08, 25 fevral 2025 (UTC)Cavabla
uğurlar. təbii ki, əsas məsələ bot dəstəyidir. amma, bu da həll olunan məsələdir 👍🏻👍🏻 mən şəxsən çox bəyəndim. ayrı bir cədvəldə ümumi sayı da yazıla bilər (və ya yarı-aktiv yazısının kənarında mötərizədə sayı) amma, Türkmənin də qeyd etdiyi kimi, müzakirədən sonra əlavə olunsa daha məqsədəuyğun olar. misal bot məsələsi həll olunmayıbsa deməli hazır deyil hələki Atakhanli (müzakirə) 20:14, 25 fevral 2025 (UTC)Cavabla
@Atakhanli, buradan ümumi statistikaya baxmaq olur onsuz da. Hörmətlə, Qədir (müzakirə) 20:20, 25 fevral 2025 (UTC)Cavabla
bilirəm. sadəcə total say elə həmin cədvəldə də verilsə məncə daha yaxşı olar Atakhanli (müzakirə) 20:22, 25 fevral 2025 (UTC)Cavabla
Razıyam, ola bilər, yazının aşağısında vermək olar, təkmilləşdirmə ərəfəsində elə mənim də ağlımda idi. Sadəcə texniki olaraq bu mümkündürmü ondan əmin deyiləm, @Əkrəm Cəfər, olar elə şey? Hörmətlə, Qədir (müzakirə) 20:33, 25 fevral 2025 (UTC)Cavabla
şablona |aktivsay= parametri əlavə oluna və həmin parametr bot tərəfindən apdeyt edilə bilər :3 əkrəm. 05:50, 26 fevral 2025 (UTC)Cavabla
Bunu yeni bölmədə harda verək? Adı da ola bilər ki, "Son 30 gündə əməliyyatı sayı" (qısaltmaq olar). Bu statistikanı da aktivlik başlığındakı kimi istinad edib vermək olar. Statistika son 30 günü göstərsə yaxşı olar ki, rəqəmlər orada belə, burada isə belə yazmasın. 2 günə çox şey ola bilər. Hörmətlə, Qədir (müzakirə) 09:29, 26 fevral 2025 (UTC)Cavabla
yeni bölməyə, məncə, ehtiyac yoxdur, Aktiv (145 əməliyyat) kimi vermək olar :3 əkrəm. 09:34, 26 fevral 2025 (UTC)Cavabla
@Əkrəm Cəfər, salam, təşəkkürlər. Lakin kök şablon Azərbaycan dilində deyil və aktivlik məsələləri az-viki standartlarına uyğun deyil. Üstəgəl şablon birbaşa inzibatçılar və bürokratlar səhifəsinə artırılıb. Mən şablonları çıxarandan və birini siləndən sonra müzakirənin açılması təəssüf edicidir. Bu səbəbdən tam struktura təsdiqlənənə və Azərbaycan dilinə uyğunlaşdırılanadək − əleyhinəyəm. Turkmen müzakirə 20:08, 25 fevral 2025 (UTC)Cavabla
@Turkmen, şablonu səhifəni hazırlayanda müvəqqəti mən əlavə etmişəm, burdan da gördüyünüz kimi daha əvvəl də əlavə edib çıxarmışam. Aktivlik sayı barədə müzakirə başlatmaq bəri başdan nəzərimizdə idi, onsuz o və digər inzibati hüquqlardan başqa ciddi əlavə edilməyib. "Azərbaycanca deyil" söhbətini isə anlaya bilmirəm, cümlədə lap bir-iki kiçik orfoqrafik səhv olanda nəyə görə elə deyirsiniz? Narahatlığa görə üzr istəyirəm, ümid edirəm ki, söhbət təklif üzərindən gedəcək. Hörmətlə, Qədir (müzakirə) 20:13, 25 fevral 2025 (UTC)Cavabla
Bu şablonu mən keçən il yaratmışdım, sadəcə tətbiqi üçün imkan tapa bilmirdim. Hörmətlə, Qədir (müzakirə) 20:17, 25 fevral 2025 (UTC)Cavabla
salam, @Turkmen, məsələyə göstərdiyiniz diqqətdən ötrü minnətdaram ^^
şablondakı aktivlik göstəriciləri müvəqqəti, placeholder kimi əlavə edilmişdi, özümüz də həmin ədədlər barədə skeptik idik və burada müzakirə başlatmağı əvvəlcədən nəzərdə tutmuşduq — sizin şablonu silməyiniz, sadəcə, eyni bir zamana təsadüf elədi :3
şablonun azərbaycan dilində olmaması ilə bağlı iradınızı isə aydın qavraya bilmədim — trwiki-dən heç nəyi kopiyalamamışıq; sadəcə, oradakı cədvəli vizual olaraq təqlid eləmişik. təməl şablononu işə salan modul sıfırdan tərəfimizdən yazılıb; maraqlıdır, necə azərbaycan dilində olmaya bilər? əgər oradan götürməyimiz özü problem təşkil edirsə, onda azwiki-də bir modul, şablon qalmamalıdır :D fikrinizi bir qədər aydınlaşdırardınız, zəhmət olmasa. yenidən minnətdaram! ^^ əkrəm. 05:48, 26 fevral 2025 (UTC)Cavabla
Salam hörmətli @Əkrəm Cəfər. Kök şablonun və modulun adı dəqiqləşdirilməlidir. "Səlahiyyətli" Azərbaycan dilində deyil. Həmçinin səhifəyə əlavə edilən "Şablon:İnzibatçıların siyahısı/Düzənləmə" şablonunun adı da doğru deyil, düzənləmə sözü dəyişdirilməlidir. Aktivlik məsələləri də dəqiqləşdirilməlidir. Həmçinin "test"lərin birbaşa əsas səhifələrdə aparılmaması daha doğru olardı. Turkmen müzakirə 07:52, 26 fevral 2025 (UTC)Cavabla
O şablonun adında, bəli, problem vardı, amma onlar keçən ildən qalma idilər və yeni formada tərtib edəndə artıq onlara ehtiyac qalmadı. Onları zatən siləcəkdim və gördüyünüz kimi artıq siliniblər. Hörmətlə, Qədir (müzakirə) 07:59, 26 fevral 2025 (UTC)Cavabla
söhbət eyni azərbaycan dilindənmi gedir, @Turkmen bəy? 😅 əkrəm. 08:03, 26 fevral 2025 (UTC)Cavabla
@Əkrəm Cəfər, bəli, eyni dildən gedir. Layihənin əsas məqsədi Azərbaycan dilində töhfə verməkdir. Yarı-türkçə, "abi dilindəki" sözlərin Azərbaycan dilinə keçməsi normaldır. Amma bu ümumişlək olmayan sözlərin istifadəsi və çıxış yolu kimi görünməsi doğru deyil. Həmçinin arqument gətirərkən və addəyişmə zamanı mütləqdir ki, yalnız "ensiklopedik" mənbələrdən keçidlər görsədilsin. Az-vikidən "data" idxal edən "Obastan" elmi-ensiklopedik və ikinci dərəcəli mənbə deyil. Turkmen müzakirə 08:14, 26 fevral 2025 (UTC)Cavabla
səlahiyyətli sözünü yalnızca yetkili sözünün kalkası kimi qiymətləndirirsinizsə, fikrinizlə razı olduğumu deyə bilmərəm. bu sözdən istifadə edən nə tək bizik, nə də ki, dediyiniz, mənim də zəhləmin getdiyi o "abi" dili". onu da qeyd edim ki, obastan özü lüğət buraxmır, amea-nın lüğətlərini saytda indeksləşdirərək əlçatan edir. göstərdiyim mənbə də məhz amea-nın yayımladığı izahlı lüğətdən (səh. 77) götürülüb. daha yaxşı variantınız varsa, işimizə destruktiv yox, konstruktiv töhfə verməyiniz daha xoş olardı :3 əkrəm. 08:25, 26 fevral 2025 (UTC)Cavabla
@Əkrəm Cəfər, qeyd etdiyiniz keçidləri sizdən əvvəl yoxlamışam. Hansi ki, müvafiq olaraq siz bu keçidləri "Obastan"dan əvvəl qeyd etməliydiniz, mən etiraz edəndən sonra yox. İlk öncə dəqiqləşdirək ki, destruktiv fəaliyyət nədir? Destruktiv fəaliyyət odur ki, Vikipediyanın icması tərəfindən təsdiqlənmiş rəsmi prinsip səhifələri sizin və Gadir tərəfindən "test" məqsədilə istifadə olunur. Nəyəsə etiraz etmək və dəqiqləşdirilməsini tələb etmək başqa birşeydir. Hansı ki, normal olaraq indi bunu edirəm. Yenilik gətirmək də yaxşı birşeydir amma əvvəlcə digərləri ilə məsləhətləşərək. Əsas mövzumuza qayıtdıqda isə "səlahiyyətlilər" ifadəsi və "səlahiyyətli" ifadəsi birləşmədə eyni mənada deyil. Onun əvəzinə düşünürəm ki, "inzibati qrupların siyahısı" daha doğru olar. Turkmen müzakirə 09:02, 26 fevral 2025 (UTC)Cavabla
Sonuncu versiyaya oxşar bir şey tətbiq oluna bilər, dil barədə iradınızla razı deyiləm, amma baxmayaraq ki, adlandırma ilə bağlı mən də sizin kimi eynisini təklif etmişdim. Buna uyğun olaraq adlandırmaq olar: Vikipediya:İnzibati namizədliklər və səsvermələr. Hörmətlə, Qədir (müzakirə) 09:06, 26 fevral 2025 (UTC)Cavabla
İnzibati hüquq olduğu üçün interfeys inzibatçısını da əlavə edə bilərik o zaman. Hörmətlə, Qədir (müzakirə) 09:11, 26 fevral 2025 (UTC)Cavabla
“obastan” dediyiniz keçid, literally, amea-nın lüğətidir, ən birinci onu verməyib nə etməli idim ki? iki saat pdf axtarmaqdan daha sürətlidir obastan :D səlahiyyətlilər ifadəsinə gəldikdə isə morfoloji olaraq səlahiyyətli sifətinin isimləşərək cəm şəkilçisi qəbul etmiş formasıdır — hansı ki, azərbaycan dili üçün ümumi qaydadır, sifətlər isimləşə bilir. ifadənin özü isə səlahiyyətli istifadəçilərin siyahısı-nın — şablonun ilkin adının ixtisarıdır.
vp fəzasındakı səhifələrdə test aparılması ilə bağlı fikrinizlə razıyam, şablon öz səhifəsində yoxlanılmalı idi. amma məhz bu səbəbdən şablonu silmək bir qədər overreact kimi gəlir mənə.
inzibati qrupların siyahısı-na bir qədər şübhə ilə yanaşıram, çünki burada söhbət qruplardan yox, həmin qruplara məxsus istifadəçilərdən gedir :3 əkrəm. 09:16, 26 fevral 2025 (UTC)Cavabla
Salam. Mən də çox bəyəndim. Hər birinizə əziyyətiniz üçün təşəkkürlər. Mən son dönəmlər özümün ən passiv dönəmlərimdən birində olduğumu hiss edirdim, aktiv imişəm amma)) Bu arada patrulların aktivliyi ilə bağlı cədvəl də hazırlasanız və bot dəstəyi olsa maraqlı olar. Mən xeyli müddət əvvəl trvikiylə danışmışdım və mümkün olduğunu bildirmişdilər. Mümkündürsə bunu da diqqətdə saxlayarsınız. Bu arada, su çərşənbəniz də mübarək! Sura Shukurlu (müzakirə) 20:33, 25 fevral 2025 (UTC)Cavabla
Dəstəkləyirəm. Yaxşı məlumat xarakterli görünür. Əlavə olaraq @Sura Shukurlunün də təklifini dəstəkləyirəm. Patrullar üçün də olsa əla olar. Patriot (müzakirə) 21:26, 25 fevral 2025 (UTC)Cavabla
İnterfeys inzibatçıları da bura əlavə edilsin? Hörmətlə, Qədir (müzakirə) 23:01, 25 fevral 2025 (UTC)Cavabla
Gözəldir, bəyəndim, passiv-qismən aktiv-aktiv temasını vurğulamaq yaxşıdır, buralı olmayan istifadəçilərin sual yarandıqda tez cavab əldə etmək üçün kimə yaza biləcəkləri barədə təəssüratları olacaq. Unkillable Demon King 11:06, 26 fevral 2025 (UTC)Cavabla
Salam məndə bəyəndim. Bunu əladır. Keçən dəfə cədvəldə keçmiş inzibatçılarında adı var idi. Mən cədvəldən çıxartdım. Onların adlarını. Hörmətlə, Vikotals (müzakirə) 12:03, 26 fevral 2025 (UTC)Cavabla
Kaş qaydaların tətbiqi barədə də belə fəal olardıq :( Yuxarıda iki qayda barədə müzakirə açılıb. Səsverməyə çıxarılması üçün fikirləriniz vacibdir və daha sonra rəsmən qəbulu üçün səsvermələr başladılacaq. Hörmətlə, Qədir (müzakirə) 17:55, 26 fevral 2025 (UTC)Cavabla
Salam. Bu yanaşmanı gördükdən sonra elə Xtools API vasitəsilə statistikaların avtomatik (bir neçə dəqiqədən bir) yüklənməsi ilə bağlı ideya ağlıma gəldi. Xüsusi:BoşSəhifə/İnzibatçılar səhifəsində yoxlaya bilərsiniz. Toghrul R (m) 14:44, 28 fevral 2025 (UTC)Cavabla
@Toghrul R, qəşəngdir, yaratmısınız yenə :) Təklif edirəm ki, əməliyyatlar jurnallara keçidlər versin, seçilmiş müddət arasındakı əməliyyatlara keçid versə lap yaxşı olar. Hörmətlə, Qədir (müzakirə) 14:50, 28 fevral 2025 (UTC)Cavabla
əla alınıb, çox sağ olun!! :3 əkrəm. 14:54, 28 fevral 2025 (UTC)Cavabla
Əladır @Toghrul R bəyəndim. Hörmətlə, Vikotals (müzakirə) 14:56, 28 fevral 2025 (UTC)Cavabla
  • Salam!!! @Əkrəm Cəfər, Atakhanli, Turkmen, Sura Shukurlu, Patriot Kor, White Demon, Toghrul R, Vikotals, skript demək olar hazırdır və botuna əlavə etməsi üçün Nemoralisə göndərilib, rəqəmlərlə bağlı fikirləriniz nədir? Hal-hazırda 0-4 arası əməliyyat "passiv", 4-49 arası əməliyyat "qismən-aktiv" və 50 və daha çox əməliyyat isə "aktiv" şəklində qeyd olunur. Bu statistika son 30 günə əsaslanır. Hörmətlə, Qədir (müzakirə) 16:14, 1 mart 2025 (UTC)Cavabla
    @Gadir bota nə ehtiyac var? Avtomatik işləyən səhifəmiz var artıq. Toghrul R (m) 19:55, 1 mart 2025 (UTC)Cavabla
    @Toghrul R, bu cədvəl, White Demon-un da qeyd etdiyi kimi, bu vəziyyətlərdə çox işə yaraya bilər. Həmçinin həm elə tam statistika səhifəmiz olsun, həm də siyasət səhifələrində bu əlavələr olsun. Sadəcə rəqəmlərlə bağlı bir razılığa gəlmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 19:59, 1 mart 2025 (UTC)Cavabla
    @Gadir mənə görə bu, tavtologiyadır. Statistikanı verir, özü də interval limitsiz. Xtools 30 günə limitləyir ki, həmin səhifə o limiti "bypass" edir. Yəni ki, artıq əziyyətdən başqa bir şey deyil başqa statistika səhifəsi qurmaq. Toghrul R (m) 20:03, 1 mart 2025 (UTC)Cavabla
    @Toghrul R, əslində, daha çox cədvəldə istifadəçilərin statusu ilə bağlı bu şablonu inkişaf etdirmişdik, siz deyən statistika xtools-da da var onsuz. Statistikamız var, yaxşıdır, amma bəs inzibatçıların aktivlik vəziyyəti ilə bağlı qeydlər niyə olmasın? Hörmətlə, Qədir (müzakirə) 20:10, 1 mart 2025 (UTC)Cavabla
    @Gadir həmin cədvəli istənilən cür dəyişmək mümkündür. Lazım olsa, müəyyən interval təyin edib aktivlik üçü qeydlər də əlavə bilərik. Toghrul R (m) 20:16, 1 mart 2025 (UTC)Cavabla
    @Toghrul R, Vikipediya:İnzibatçılar səhifəsində cədvəldəki "Aktivlik" bölməsində son 30 gündəki əməliyyat sayına görə təyin edilən rəqəmlərə əsasən inzibatçıların statusunu cədvəldə əks etdirmək mümkündür? Bot bu fəaliyyəti görmədən orası aktual qala bilər? Hörmətlə, Qədir (müzakirə) 20:19, 1 mart 2025 (UTC)Cavabla
    Şablondakı aktiv və yarı-aktiv qeydi üçün ortalama çıxarsaq daha yaxşı olar. 1-ci gün kompüterə keçəndə, son 2 ilin ortalamasını çıxararam. Onun üzərindən baxarıq Turkmen müzakirə 22:57, 1 mart 2025 (UTC)Cavabla
    2023 və 2024-cü illərdəki statistikasını nəzərə alsaq :
    • 2023-cü ildə yuvarlaq 17.300 admin əməliyyatı olub. Həmin dövrdəki əməliyyat edən admin sayına (28) və ilin 12 ayına bölsək, ortalama 1 adminə yuvarlaq 51 əməliyyat düşür.
    • 2024-cü ildə yuvarlaq 27.800 admin əməliyyatı olub. Həmin dövrdəki əməliyyat edən admin sayına (31) və ilin 12 ayına bölsək, ortalama 1 adminə yuvarlaq 74 əməliyyat düşür. Amma bu dövrdə kütləvi məqalə, fayl silinmələrini unutmamaq lazımdır. Həmçinin Sortilegus-un da bitki məqalələri üzərindəki əməliyyatlarını da nəzərə almaq lazımdır.
    Bütün hallarda 50 hələlik yaxşı rəqəmdir. Yoxlaya bilərik. Layihədəki aktivlik tempini və kütləvi silmələri nəzərə alsaq 40 da ola bilər. Turkmen müzakirə 05:40, 3 mart 2025 (UTC)Cavabla

Vikipediya:İcma qərarı olan mövzular

Salam. İcma tərəfindən alınan qərarları sənədləşdirmək üçün belə bir vahid səhifə yaratdım. Bura ümumi müzakirə ilə müxtəlif mövzularda verilmiş qərarlar əlavə olunacaq. Siyahıya artıq icma qərarı ilə məhdudiyyətlər gətirilmiş bir neçə mövzunu əlavə etmişəm, araşdırıb əlavələr etməyə davam edəcəm, zəhmət olmasa, siz də nəzər yetirərsiniz. Hörmətlə, Qədir (müzakirə) 19:43, 26 fevral 2025 (UTC)Cavabla

Salam. @Gadir bəy bura Redaktə Liqasını qeyd etmək olar? Çünki, icmanın qərarı olub ləğv edilməsi ilə bağlı bunu deyirəm. Hörmətlə, Vikotals (müzakirə) 03:29, 27 fevral 2025 (UTC)Cavabla
İcma qərarı çox geniş mövzudur. Məsələn, yuxarıda səhifələrin mühafizəsi barədə bir müzakirə açılıb və mənfi yekunlaşıb, deməli o da bir icma qərarıdır. Unkillable Demon King 05:00, 27 fevral 2025 (UTC)Cavabla
Salamlar. @Vikotals, əslində, səhifənin girişində də qeyd olunub, bu səhifədə məhdudiyyətlərin qeyd edilməsi nəzərdə tutulub, ki, bir növ sənədləşdirilsin və itməsin. Qeyd etdiyiniz icmanın qərarıdır, məhdudiyyəti yox, icma indiyə kimi bir çox qərarlar alıb, bunların hamısını qeyd etmək qeyri-mümkündür, onsuz səhifədə bu barədə (layihənin dayandırıldığı barədə) qeyd var və qərara keçid verilib. @White Demon, yuxarıda da qeyd etmişəm, bu səhifə bütün qərarları ehtiva etmir, məhdudiyyətləri ehtiva edir, icmanın bir mövzu barəsində məhdudiyyətlərlə bağlı verdiyi yekun qərarları və konsensusu ehtiva edir. Ona görə də mənfi/müsbət verilən bütün qərarlar bura əlavə edilməli deyil. Başlığı fərqli şəkildə adlandırmaq olar, təklifləriniz varsa, buyurun. Hörmətlə, Qədir (müzakirə) 12:32, 27 fevral 2025 (UTC)Cavabla
Mən belə bir səhifənin olmasının əleyhinəyəm. Bütün qərarlar zamanla dəyişə bilər. Hər dəfə dəyişdikcə gərək burada da dəyişiklik edəsiniz? Deyək ki, bir qəbul olunmuş qərarın əleyhinə olmuş onlarla istifadəçi var. Deməli biz onların fikirlərini çox da önəmsəmirik? Bəli qərar qəbul olunub amma bu o demək deyil ki, bu qərar mütləq belə də qalacaq. Aydın məsələdir ki, bizim icma kiçik icmadır və heç kəs dana bilməz ki, öz fikiri olmayan xeyli aktiv istifadəçilərimiz var. Belə səhifənin, siyahının mövcudluğu bəzi istifadəçilə üçün, bəzi mövzuların artıq müzakirəyə açıq olmadığı fikrini yarada bilər, bəziləri də bu siyahıdan sui-istifadə edəcək ki, baxın sizin deməyinizlə deyil ki, nə vaxtsa belə bir qərar qəbul olunub. Bu da Vikipediyanın əsas prinsiplərindən birinə zidd olacaq. Mənim fikirimcə bütün qəbul edilmiş qərarlar haqqında vikipediyanı bilən istifadəçilər məlumat toplaya bilərlər. Belə bir səhifə müzakirəyə açıqlığı azaldacaq. Bu mənim subyektiv fikirimdir. Patriot (müzakirə) 15:12, 27 fevral 2025 (UTC)Cavabla
@Patriot Kor, salam. Bəli, hər bir qərar hər zaman təkrar müzakirəyə açıqdır və bu siyahı da həm də buna xidmət edəcək. Dediyim kimi, sənədləşdirmə məqsədilə nəzərdə tutulub və bura daxil olub müvafiq müzakirələrlə tanış olan icma üzvləri əsaslandıraraq həmin mövzuda yeni müzakirə başlada bilərlər, çünki onlar ola bilər ki, bu barədə məlumatsız olsunlar və ya sonradan qatılmış olsunlar, ümumiyyətlə, bizdə sənədləşdirmə səhifələri demək olar yoxdur. Bu kimi təcrübələr digər layihələrdə də tətbiq olunur. Digər tərəfdən, ortada bir qərar var və bura sadəcə onlar qeyd edilir, hər mövzuda onsuz da əks mövqedə olan istifadəçilər var, bu da normaldır. Onsuz da qəbul edilmiş qərarlar faktiki tətbiq olunur, bu səhifə sadəcə onları sənədləşdirəcək. Zərərinin olacağını düşünmürəm, VP:ASQ kimi bunun da faydalı olacağına inanıram. Bəzi istifadəçilər barədə də fikriniz başadüşüləndir, amma bu, onların da bu icmanın bir üzvü olduğu gerçəyini dəyişdirmir. Hörmətlə, Qədir (müzakirə) 16:01, 27 fevral 2025 (UTC)Cavabla

Ramazan ayı

Salam. Əziz və hörmətli həmkarlar bildiyiniz kimi bu gün Ramazan ayının ilk günüdür. Allah sizin də tutduğunuz oruc və dualarınızı qəbul etsin. Hörmətlə, Vikotals (müzakirə) 05:05, 1 mart 2025 (UTC)Cavabla

Bir az gec oldu, amma hər kəsi təbrik edirəm :) Amin. Hörmətlə, Qədir (müzakirə) 20:50, 5 mart 2025 (UTC)Cavabla
Gec də olsa, mən də qoşuluram təbriklərə. Allah hər kəsin oruc və ibadətlərini qəbul etsin. Xeyirli-bərəkətli olsun inşallah. samral müzakirə 23:48, 7 mart 2025 (UTC)Cavabla

mediaviki

salammmm :3

mediaviki ad fəzasının (eləcə də məqaləsinin adının) mediawiki ilə əvəz edilməsi ilə bağlı fikirlərinizi bilmək istəyirdim. azərbaycan klaviaturasında dabl-yu yoxdur deyə edilib yəqin vaxtilə, ancaq o qədər də düzgün bir şey deyil, məncə. bir növ "photoshop"-u "fotoşop" yazmağa bənzədirəm. siz necə düşünürsünüz? minnətdaram!! :3 əkrəm. 15:47, 3 mart 2025 (UTC)Cavabla

niyə? Vikipediya ad fazasını Wikipedia yazmağa bənzəyir. Unkillable Demon King 14:28, 4 mart 2025 (UTC)Cavabla
"wikipedia" bir qayda kimi dillərdə lokallaşdırıldığı üçün onu qəbul eləmək olar. amma mediawiki olduğu kimi saxlanılır əksər dillərdə; imho, bizdə də elə qalmalıdır :3 əkrəm. 17:42, 4 mart 2025 (UTC)Cavabla

Universitet loqoları

Salam. Universitet loqoları müəllif hüquqları ilə qorunurlar? Əgər qorunurlarsa, Commonsa necə yükləmək olar? Zohrab Javad (müzakirə) 09:56, 4 mart 2025 (UTC)Cavabla

Salam. Baxır loqo necədir. Əgər loqo sadəcə mətndən ibarətdirsə (məsələn, Türkiyə-Azərbaycan Universitetinin loqosu sadəcə "TAU" yazısından ibarətdir), Commons-da yükləmək olar. Əks halda yox. Ümumiyyətlə, istənilən loqo əgər sadəcə mətndən və sadə həndəsi fiqurlardan ibarətdirsə, yükləməkdə problem yaranmır. Unkillable Demon King 10:14, 4 mart 2025 (UTC)Cavabla
Wikimedia Commons yalnız azad lisenziyalı və ya ictimai mülkiyyətdə olan materialları qəbul edir. Universitet loqoları isə əqli mülkiyyət və müəlliflik hüquqları ilə qorunur. Onlar trademarks kimi qeydiyyatdan keçirilir. Əgər universitet özü loqonu azad lisenziya ilə paylaşıbsa o zaman yükləyə bilərsiniz. Yoxsa rəsmi icazə olmadan yükləmə müəlliflik hüququ pozuntusu sayılır. Fair use/ədalətli istifadə çərçivəsində lokala yüklənsə doğru olar. Sofia (müzakirə) 18:35, 4 mart 2025 (UTC)Cavabla
White Demon qeyd etdiyi şərtlərdə loqolar yüklənilə bilər, elə MH pozuntusu olmur. Hörmətlə, Qədir (müzakirə) 18:40, 4 mart 2025 (UTC)Cavabla

{{dil-xx}} şablonları

salammm :33

ingiliscə vikilüğətdə gördüyüm çox gözəl bir sistem var; bənzərini, uzun müddətdir, burada tətbiq eləməyi düşünürdüm, enwiki-dəkilər məndən əvvəl tərpəniblər :D. söhbətin məğzi belədir ki, hər dil üçün ayrı {{dil-xx}} şablonundan istifadə etməkdənsə, hamısını bir {{dil}} şablonunda birləşdiriblər. üstəlik transliterasiya, tərcümə və s. kimi əlavə qeydləri birbaşa şablonun özündə qeyd etmək mümkündür. nə düşünürsünüz? :3 əkrəm. 12:31, 5 mart 2025 (UTC)Cavabla

@Toghrul RBikar müzakirə 20:51, 5 mart 2025 (UTC)Cavabla
@Əkrəm @Bikar salam. Əslində, ortaq şablon etmək, mərkəzləşdirmək çox məntiqli addımdır. Əvəzləmələr də asan olacaq: {{dil-az|}} əvəzinə {{dil|az|}}. Əgər məqsədəuyğundursa, işi icra edə bilərəm Toghrul R (m) 06:40, 6 mart 2025 (UTC)Cavabla
Hazırda istifadə olunan {{dil-az|}} olduğu kimi işlək qalacaq da, botla əvəzlənməli olmayacaq? — Bikar müzakirə 06:42, 6 mart 2025 (UTC)Cavabla
@Bikar botla - işarəsi | ilə əvəz ediləcək sadəcə Toghrul R (m) 07:53, 6 mart 2025 (UTC)Cavabla
Riskli əməliyyata oxşamır, vaxt olduqca baxarsız zəhmət olmasa — Bikar müzakirə 08:20, 6 mart 2025 (UTC)Cavabla
salammm :3
məncə, əvəzetməyə başlamağa tələsməyək. çünki bu şablonlarla bağlı həll etməli olduğumuz bir sıra məsələlər var:
  1. şablonun (şablonların) mümkün qədər funksional olmağını istəyiriksə, gərək onlar üçün lua modulu yaradaq. bunu da enwiki-dən kopiyalaya, yaxud, daha yaxşısı, özümüz yaza bilərik;
  2. hal-hazırda dilin adını göstərmədən həmin dildə mətn daxil etməyə yarayan {{dil}} şablonu var. bu şablonu da ya yerli-dibli silə,[nolar bunu eləməyək :sob:] ya da həmin modul əsasında təkmilləşdirə bilərik, ancaq belə olan halda {{dil-xx}} şablonları üçün başqa bir ad tapmalı olacağıq. enwiki-də bu məsələni {{lang}} əvəzinə {{langx}} şablonu yaradaraq həll ediblər, enwikt-də isə {{m}} əvəzinə {{m+}} ilə;
  3. şablondan istifadə üçün bir neçə üsul var:
    1. tərcümə, transliterasiya və s. parametrlərin daxil edilməsi:
      * {{dil+|fa|مرد|mərd|kişi}} <!-- belə olan halda birdən çox sözü birdən daxil etmək ya çətin olacaq, ya da, ümumiyyətlə, olmayacaq -->
      * {{dil+|fa|مرد|tr1=mərd|t1=kişi|مردم|tr2=mərdom|t2=xalq}}, yaxud onunla eynigüclü {{dil+|fa|مرد<tr:mərd><t:kişi>|مردم<tr:mərdom><t:xalq>}} <!-- istənilən sayda sözü birdən daxil etmək mümkündür -->
      
    2. {{dil-azb}} kimi ayrıca dil kodundan istifadə etməkdənsə, şablondan bu cür istifadə edə bilərik və mətnin ərəb əlifbasında olması avtomatik tanına və yazıda göstərilə bilər:
      {{dil+|az|محمد|məhəmməd|göstər=qrafika}} <!-- |göstər= parametri burada dilin adı əvəzinə ərəb qrafikasında olmasını göstərmək üçün nəzərdə tutulub -->
      
bəlkə də, bu məsələlər ilə bağlı uzun-uzun müzakirə aparmalıyıq; görən istifadəçilər fikir bildirsə, əla olardı :D əkrəm. 11:00, 6 mart 2025 (UTC)Cavabla

Universal Code of Conduct annual review: proposed changes are available for comment

My apologies for writing in English. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin.

I am writing to you to let you know that proposed changes to the Universal Code of Conduct (UCoC) Enforcement Guidelines and Universal Code of Conduct Coordinating Committee (U4C) Charter are open for review. You can provide feedback on suggested changes through the end of day on Tuesday, 18 March 2025. This is the second step in the annual review process, the final step will be community voting on the proposed changes. Read more information and find relevant links about the process on the UCoC annual review page on Meta.

The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. This annual review was planned and implemented by the U4C. For more information and the responsibilities of the U4C, you may review the U4C Charter.

Please share this information with other members in your community wherever else might be appropriate.

-- In cooperation with the U4C, Keegan (WMF) 18:51, 7 mart 2025 (UTC)Cavabla

8 MART

Salam. Bütün xanım həmkarlarımı 8 mart beynəlxalq qadınlar günü münasibətilə təbrik edirəm. Hörmətlə, Vikotals (müzakirə) 02:40, 8 mart 2025 (UTC)Cavabla

Mən də səmimi qəlbdən təbrik edirəm, xanım vikipediyaçılarımızın sayının artması diləyi ilə 🌹❤ Hörmətlə, Qədir (müzakirə) 03:07, 8 mart 2025 (UTC)Cavabla
Xanım həmkarlarımızın bayramı mübarək olsun. Təbriklər. --Araz Yaquboglu (müzakirə) 05:23, 8 mart 2025 (UTC)Cavabla
mən də bütün xanımlarımızı təbrik edirəm 💐 Atakhanli (müzakirə) 12:35, 8 mart 2025 (UTC)Cavabla

Novruz bayramı ilə əlaqədar Vikipediya loqosunda dəyişiklik edilməsi təklifi

Salam. Əziz və hörmətli həmkarlar belə bir təklif irəli sürmək istəyirəm. Mart ayının 20-si, 21-i və 22-si Novruz bayramı ilə əlaqədar Vikipediya loqosunda dəyişiklik edilməsini təklif edirəm. Hörmətlə, Vikotals (müzakirə) 18:39, 10 mart 2025 (UTC)Cavabla

Salam həmkar. nə loqosu qoyula bilər? 🤨 digər hər hansı dillərdə var? onlara uyğun fikir yürütmək olar bəlkə Atakhanli (müzakirə) 21:42, 10 mart 2025 (UTC)Cavabla
buna bənzər loqo olsun 3 günlük mart ayının 20-si, 21-i və 22-si. Hörmətlə, Vikotals (müzakirə) 02:21, 11 mart 2025 (UTC)Cavabla
Mən bənzər təkliflərdə də bunu əvvəllər də bildirmişəm, indi də bildirirəm ki, mən vikipediya loqosunun ancaq vikipediya ilə bağlı məsələlərə görə dəyişdirilməsini dəstəkləyirəm. Unkillable Demon King 11:50, 11 mart 2025 (UTC)Cavabla
Mən də logo məsələsində həmişəki kimi @White Demon-la həmkifirəm. Bu mövzu hər bayram gündəmə çıxır. Ehtiyac görmürəm. Patriot (müzakirə) 12:10, 11 mart 2025 (UTC)Cavabla