Vikikitab

Vikikitab (http://az.wikibooks.org/wiki/) – elektron kitabların birgə hazırlanması layihəsidir. İdeyaya görə azad tərtib edilən kitabların xüsusi yeri olmalıdır. Hal-hazırda bu layihədə həcmcə böyük olmayan məqalələr də mövcuddur, lakin gələcəkdə informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması gözlənilir.
Tarixi
[redaktə | vikimətni redaktə et]VikiKitab layihəsi ilk dəfə ingilis dilində 10 iyul, 2003-cü ildə Vikimediya Fondu tərəfindən yaradılmışdır.
Hal-hazırda Vikikitab layihəsi müxtəlif dillərdə, eləcə də Azərbaycan dilində fəaliyyət göstərir. Vikipediyada olduğu kimi burada da İngilis dilli Vikikitab məqalələrin sayına görə birincidir.