Teremin
| Teremin | |
|---|---|
| | |
| Hornbostel–Zaks təsnifatı | 531.1[1] |
Teremin (tereminofon) — təmassız çalınan elektronik musiqi alətidir[2]. Teremin altı oktava diapazonunda bir neçə ton rənginin yaranmasına imkan verir[3]. Teremin ifaçısı tereminist adlanır.
Təsviri
[redaktə | vikimətni redaktə et]Tereminin üzərində yerləşdirilmiş iki metal antenadan ibarətdir. Bu antenalar ətraflarında elektro-maqnit sahəsi yaradır və ifaçının əl hərəkətlərinə uyğun (hər hansı fiziki toxunuş olmadan) səs dalğaları yaradır[4][5]. Yaranan səs dalğaları səsucaldıcılar vasitəsilə gücləndirilir və auditoriyaya çatdırılır. Əllərin uzaqlıq və pozisiyasına görə teremində çıxan səslər də dəyişir.
Adlandırılması
[redaktə | vikimətni redaktə et]Teremin adını ixtiraçısı rus alimi Lev Sergeyeviç Termendən götürür. O, qərbdə Leon Teremin kimi tanınır və ixtira etdiyi musiqi aləti onun şərəfinə teremin adlanır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Teremin 1928-ci ildə patentləşdirildi.
İfaçılar
[redaktə | vikimətni redaktə et]- Klara Rokmor (1911-1998)
- Cimmi Peyg (Page) (1944 — yaşayır)
- Eric Ross (1948 — yaşayır)
- Pekkanini (1952 — yaşayır)
- Lusi Biqlou Rosen (1890-1968)
- Karolina Eyik (1987-yaşayır)
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Teremin: Elektronik Odisseya (1993)[6]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ MIMO's classification of musical instruments. MIMO – Musical Instrument Museums Online.
- ↑ Merak Ettik! Theremin Nedir? — Müzik Enstrümanları.İstifadə tarixi: 24 iyun 2025
- ↑ Theremin - musical instrument. Arxiv surəti 13 mart 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 14 aprel 2026.
- ↑ The theremin — A short introduction to a unique instrument.İstifadə tarixi: 24 iyun 2025
- ↑ The First Electronic Instrument: The Story of the Theremin. Arxiv surəti 15 iyul 2025 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 14 aprel 2026.
- ↑ Theremin: An Electronic Odyssey. İstifadə tarixi: 14 aprel 2026.