Teach-In
| Teach-In | |
|---|---|
| nid. Teach-In | |
| | |
| Əsas məlumatlar | |
| Üslub | pop |
| Fəaliyyət illəri | 1967–1980, 2007, 2021 |
| Ölkə |
|
| Şəhər | Ensxede |
| Dil |
niderland dili ingilis dili |
| Leybl | Polydor Records |
| Heyət |
Koos Versteeq Rudi Nijhuis Stora Combo Kris De Volde Betti Vermeulen Marianna Volsink Nik de Vos |
Teach-In (nid. Teach-In) — Niderland musiqi qrupu.[1] Qrup 1975-ci ildə Ding-a-dong mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.[2][3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Qrup 1967-ci ildə Ensxede şəhərində təsis edilib. İlk heyət bu adlardan ibarət olub: Hilda Feliks (vokal), Henk Vestendorp (vokal, sonralar "Superfly" qrupunda), Con Snuverink (vokal, gitara), Frans Şaddele (bas), qrupun rəhbəri Koos Versteeg (vokal və klavişli alətlər) və Rudi Nayhays (baraban).
1971-ci ilə qədər qrupda yalnız Koos və Rudi qalıb. Qrupun digər üzvləri isə Getti Kaspers (vokal, 1976-cı ildən solo karyeraya başlayıb), Con Qasbek (bas, hələ 1964-cü ildən "Stora Combo" — sonralar "Orkest Freddie Golden" kimi tanınan qrupda çıxış edib, o da 1976-cı ildə qrupdan ayrılıb), Kris De Volde (gitara) və Ard Veinkdən (o da 1976-cı ilə qədər) ibarət olub. "CNR Records" şirkəti ilə səsyazma müqaviləsi imzalanıb və Eddi Ouvens onların prodüseri və həm-bəstəkarı olub. Onların ilk sinqlı 1972-ci ildə işıq üzü görən və hit-paradlara daxil ola bilməyən "Spoke the Lord Creator" (əsli "Focus" qrupuna məxsus mahnı) olub. 1974-cü ildə qrup Niderlandda ilk 15-liyə daxil olan üç hitə imza atıb: "Fly Away", "In the Summernight" (Cənubi Afrika hit-paradlarında 5-ci pilləyə qədər yüksəlib) və "Tennessee Town".

1975-ci ilin martında "Teach-In" qrupu "Ding-a-dong" mahnısı ilə (sözləri Vill Luykinqa, musiqisi Eddi Ouvens) 1975 Avroviziya Mahnı Müsabiqəsində iştirak edərək qələbə qazanıb.[4] "Teach-In" proqramda daha gec çıxış edən mahnılara üstünlük verən Avroviziya ənənəsini qıraraq, səhnəyə birinci çıxmasına baxmayaraq müsabiqənin qalibi olub. Bu, müsabiqə tarixində bir ilk idi və bir il sonra, 1976 Avroviziya Mahnı Müsabiqəsində "Brotherhood of Man" qrupu tərəfindən təkrarlanıb. Bu uğur daha sonra yalnız bir qrup — 1984-cü ildə "Herreys" tərəfindən yenidən nümayiş etdirilib. "Ding-a-Dong" demək olar ki, bütün Avropa ölkələrinin hit-paradlarına daxil olub, həmçinin ABŞ-ın "Easy Listening" hit-paradında 22-ci yerdə qərarlaşıb. Niderlandda isə mahnı hit-paraddarda 3-cü pilləyə qədər yüksəlib. 1975-ci ilin oktyabrında "Goodbye Love" qrupun Niderlanddakı növbəti top-10 hitinə çevrilib. 1976-cı ilin fevralında buraxılan "Rose Valley" mahnısı isə yalnız ilk 20-liyə daxil ola bilib. Gərgin konsert qrafiki səbəbindən yaranan ixtilaflar Getti Kaspersin qrupdan ayrılmasına gətirib çıxarıb və o, bundan sonra solo karyerasına başlayıb. Həmçinin Con Qasbek və Ard Veink də qrupu tərk edib. Hans Nayland (bas, 1977-ci ildə Nik de Vos ilə əvəzlənib), Betti Vermulen (vokal) və Marianna Volsink (vokal, keçmiş "Head" qrupunun üzvü) yeni üzvlər kimi heyətə daxil edilib. Qrupun növbəti sinqlı olan "Upside Down" Niderlandda 2-ci pilləyə qədər irəliləyib.
1978-ci ildə disko çılğınlığı "Teach-In" qrupunun populyarlığına demək olar ki, ciddi zərbə vurub. Yeni bir imic və tərz mənimsənilməli oldu və "Dear John" mahnısı oktyabr ayında top-10 hitinə çevrilib. 1979-cu ildə Qrinpisə (Greenpeace) dəstək məqsədilə keçirilən Niderland xeyriyyə televiziya şousu üçün yazılmış ana musiqi ilk onluğa daxil olub. 1980-ci ilin sinqlı olan "Regrets" qrupun son nəğməsi olub, çünki qrup qısa müddət sonra dağılıb. 1997-ci ildə orijinal heyətin (Getti Kaspers daxil olmaqla) bəzi köhnə hitlərini yenidən yazdırdığı və yenidən qastrol səfərlərinə çıxmağı planlaşdırdığı barədə xəbərlər yayılıb.
1979-cu ilin iyununda qrupun iki keçmiş üzvü — Getti və Con Qasbek Vilma van Dipenlə birlikdə "Balloon" triosunu təsis ediblər. Sonradan Getti yenidən solo karyerasını sınayıb və bir neçə disk, o cümlədən "Getty Album"u (bura əsli isveç və ingilis dillərində Aqnet Fältskoq tərəfindən ifa olunan "När du tar mig i din famn / The Queen of Hearts" mahnısının niderlandca sözlərlə versiyası olan "De eerste liefde is een feest" daxildir) yazdırıb. Onun vokalını həmçinin Rik van der Lindenin "Cum Laude" albomunda və "Radio Veronica" tərəfindən edilən yazılarda eşitmək olar.
Qrup 31 avqust 2007-ci ildə Maastrixtdəki bir şouda "Ding-a-Dong" mahnısını oxumaq üçün yenidən bir araya gəlib. Qrup üzvləri 2021 Avroviziya Mahnı Müsabiqəsinin finalında fasilə aktı (interval act) kimi çıxış etmək üçün yenidən birləşiblər.[5]
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Albomlar
[redaktə | vikimətni redaktə et]- 1974 — Roll Along [CNR records]
- 1975 — Festival [CNR] (в СССР вышел в 1977 году под названием ВИА «TEACH-IN» («ТИЧ-ИН»), «Мелодия», 33 с60-07403-04])
- 1975 — Get on board [CNR]
- 1977 — See the sun [Negram]
- 1979 — Teach In (Greenpeace) [CNR]
Sinqllar
[redaktə | vikimətni redaktə et]- 1971 — Spoke the Lord creator/Darkness of life [CBS]
- 1971 — Can’t be so bad/Take me to the water [CBS]
- 1972 — So easy to sing/My name is honey [CBS]
- 1974 — Fly away/Bye bye bye [CNR]
- 1974 — In the summernight/Old friend goodbye [CNR]
- 1974 — Tennessee town/There ain’t no time [CNR]
- 1975 — Ding-a-dong/Ik heb geen geld voor de trein [CNR]
- 1975 — Ding-a-dong/The circus show [CNR]
- 1975 — Goodbye love/Sailor man [CNR]
- 1975 — I`m Alone
- 1976 — Rose valley/Lala love song [CNR]
- 1976 — Upside down/Please come home [Negram]
- 1977 — A ride in the night/A wonderful feeling [Negram]
- 1977 — See the sun/All around [Negram]
- 1977 — My rock & roll song/Our story [Negram]
- 1978 — Dear John/Instrumental John [CNR]
- 1979 — The robot/Well Comeback [CNR]
- 1979 — Greenpeace/Part 2 [CNR]
- 1980 — Regrets/Things we say [RCA]
- 1980 — Bad day/I wish you all the luck [RCA]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Recalling Sweden's first staging of the contest in 1975, Eurovision
- ↑ "Long lost Teach-In album to be released for the first time". Escxtra.com. 8 yanvar 2018. 5 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
- ↑ Gijssel, Robert van. "Spanningen op het Songfestival? In het 'Ding-a-dong'-jaar 1975 was het zeker niet beter". Volkskrant.nl. 28 aprel 2019.
- ↑ "Interview met Getty Kaspers (zangeres Teach-In) | Songfestival 1975". Eurostory.nl. 24 aprel 2018. 5 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
- ↑ "Rotterdam ready to 'Rock the Roof'". Eurovision.tv (ingilis). 25 mart 2021. 6 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2021.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Teach-In ilə əlaqəli mediafayllar var.