Məzmuna keç

Sam

Vikipediya, azad ensiklopediya
Sam
ivr. שֵׁם‎
Doğum tarixi e.ə. 2500(-2500)[1]
Vəfat tarixi e.ə. 1900(-1900)[2] (599–600 yaşında)
Uşaqları
Atası Nuh[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sam (ivr. שֵׁם; ərəb. سام; e.ə. 2500[1]e.ə. 1900[2]) — dini mənbələrə görə Nuhun oğlu.[4]

Bu sözün mənşəyi naməlumdur. İvrit dilində şem (שֵׁם) "ad, şöhrət", akkad dilində isə šumu "ad, oğul" mənalarını ifadə edir.[5][6]

Ravvinik ədəbiyyatda Samın sünnətli doğulduğuna[7] və İsrailoğullarının əcdadı hesab edildiyinə görə ona xüsusi əhəmiyyət verilmişdir. Nuhun ona xeyir-dua verməsi İsrailoğullarına verilən xeyir-dua kimi qəbul edilmişdir.[4]

Nuhun Kənanı lənətləməsi isə, "Kölənin sahib olduğu hər şey onun ağasına məxsusdur" prinsipinə əsaslanaraq,[8] İsrailoğullarının Kənan torpaqlarını işğal etməsinə əsas kimi göstərilmişdir.[9]

Nuh tufandan sonra dünyanı oğulları arasında bölüşdürmüş və vəd olunmuş torpaqların da daxil olduğu hissəni Sama vermişdir.[10]

Nuhun üstünü örtməkdə ilk davranan şəxs olduğuna görə, Tanrının təcəllisinin yalnız Samın çadırında baş verdiyi bildirilmişdir. Həmçinin onun nəslindən gələn kişilərin səhər duası zamanı "tallit" adlanan dua örtüyündən istifadə etməsi də Samın bu əməli ilə əlaqələndirilmişdir.[11][12][13][14]

Xristianlıq mənbələrində Samdan yalnız Əhdi-Cədiddəki Luka İncilində bəhs edilmişdir. Həmin hissədə Sam, İsanın əcdadlarından biri kimi təqdim edilmişdir.[15]

Samdan Quranda bəhs olunmur. Bir hədisdə Sam ərəblərin, həbəşilərin (efiopiyalıların), Yafəs isə rumların (bizanslıların) əcdadı kimi göstərilir.[16][17][18] Başqa bir rəvayətdə isə əcəmlərin (ərəb olmayan xalqların) və ərəblərin Samın nəslindən olduğu bildirilir.[19] Qəhtan və Əmaliqə tayfaları da Samın nəslindən hesab olunmuşdur.[4]

İslam mənbələrində Samla bağlı olan məlumatlar ümumiyyətlə yəhudi ənənəsindəki məlumatlara bənzəyir. Təbəri həm Samın, həm də Yafəsin Nuhun böyük oğlu olduğunu bildirən müxtəlif rəvayətləri nəql etmişdir.[20]

Kisai qeyd edir ki, Nuh Hicazı, Yəməni, Şamıəl-Cəzirəni (Yuxarı Mesopotamiyanı) Sama vermişdir. Həmçinin Kisai bildirir ki, o, Nuhun bədəninin açıq qalmasını sərxoşluqla deyil, yatarkən əsən küləyin paltarını açması ilə izah edir. Həmçinin bildirir ki, Nuh bu vəziyyətə gülən Hama qəzəblənmiş, atasının üstünü örtən Sama isə Allahın dünyada onun eyib və nöqsanlarını örtməsi, axirətdə günahlarını bağışlaması üçün dua etmiş, bundan əlavə, onun nəslindən peyğəmbərlər gəlməsini arzu etmişdir.[21]

Sələbiyə görə, Sam tufandan 78 il əvvəl doğulmuş, gəminin tikintisində atasına kömək etmiş və tufan zamanı gəmiyə minmişdir. Nuh vəfat etməzdən əvvəl onu yanına çağırmış, şirkdən və təkəbbürdən uzaq durmasını, Allahı daim xatırlaması vəsiyyət etmiş və onu özünə canişin təyin etmişdir. Sələbi, həmçinin, həvarilərin xahişi ilə İsanın möcüzəvi şəkildə Samı diriltdiyini və tufan haqqında ondan məlumat aldığını bildirən bir rəvayət də nəql etmişlər.[22]

Hərəvi isə Suriyanın Həvran, Yəmənin SənaFələstinin əl-Xəlil şəhərlərində Sama aid edilən türbələrin mövcud olduğunu, həmçinin Harran və Səna şəhərlərinin də Sam tərəfindən salındığını qeyd etmişdir.[23]

  1. 1 2 3 32 // בראשית (q.-ivr.).
  2. 1 2 10 - 11 // בראשית (q.-ivr.).
  3. 1 2 3 4 22 // בראשית (q.-ivr.).
  4. 1 2 3 TDV İslâm Ansiklopedisi (türk). XXXVI. İstanbul: TDV İslâm Araştırmaları Merkezi. 2009. 60–61. Archived from the original on 14 iyul 2026. İstifadə tarixi: 10 iyul 2026.
  5. Gesenius, W. A Hebrew and English Lexicon of the Old Testament (ingilis). Robinson, E. tərəfindən tərcümə olunub. Oksford: Clarendon Press. tarixsiz. 1028.
  6. Encyclopaedia Judaica (ingilis). XIV. Yerusəlim. 1972–78. 1368.
  7. 26 // Genesis Rabbah. Atlanta. 1985. 3.
  8. Sanhedrin. 91a.
  9. Encyclopaedia Judaica (ingilis). XIV. Yerusəlim. 1972–78. 1369.
  10. 1 // Genesis Rabbah. Atlanta. 1985. 2.
  11. Yoma. 10a.
  12. 36 // Genesis Rabbah. Atlanta. 1985. 6.
  13. 3 // Genesis Rabbah. Atlanta. 1985. 3.
  14. The Jewish Encyclopedia (ingilis). XI. Nyu York. 1902. 261.
  15. 3 // Luca. 36.
  16. Əl-Hindi. Kənzul-Ummal (ərəb). XI. Beyrut. 1979. 512–513.
  17. Tirmizi. Mənaqib (ərəb). 69.
  18. Heysəmi. Məcməuz-Zəvaid (ərəb). I. Beyrut. 1967. 93.
  19. Təbəri. Cəmiul-bəyan (ərəb). XIX. Ər-Riyad. 2003. 560.
  20. Təbəri. Cəmiul-bəyan (ərəb). XII. Ər-Riyad. 2003. 411–412.
  21. Əl-Kisai. Qisəsül-ənbiya (ərəb). Leyden. 1922. 98–101.
  22. Sələbi. Əraisül-məcalis (ərəb). Beyrut. 1985. 56–60.
  23. Hərəvi. Guide des lieux de pèlerinage (fransız). Sourdel-Thomine, J. tərəfindən tərcümə olunub. Dəməşq. 1957. 41, 142, 220.