STEM

STEM (Science, Technology, Engineering and Mathematics, azərb. elm, texnologiya, mühəndislik, riyaziyyat) — nəzəri elmi biliklərin praktiki fəaliyyət zamanı əldə edilməsinə əsaslanan təhsil yanaşmalarını ifadə edən kollektiv termindir.
Akronim STEM ilk dəfə 2001-ci ildə ABŞ Milli Elm Fondunun alimləri tərəfindən təhsil və peşə sahələrindəki trendi qeyd etmək üçün təklif edilmişdir.
Xarakterik xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]STEM — "elm" (Science), "texnologiya" (Technology), "mühəndislik" (Engineering) və "riyaziyyat" (Mathematics) sözlərindən yaranmış bir akronimdir. Zəruri dərslər elə formalaşdırılır ki, hər dörd fənn orada iştirak etsin və bir-birini tamamlasın.[1] STEM üçün qarışıq təlim mühiti və şagirdlərə elmi metodun gündəlik həyatda necə tətbiq olunacağını nümayiş etdirmək xarakterikdir.[2]
Əvvəlcə nəzəri biliklərin mənimsənildiyi, sonra isə onların təcrübə ilə möhkəmləndirildiyi klassik təhsildən fərqli olaraq, STEM yeni bilikləri mənimsəmək üçün tədricən mürəkkəbləşən praktiki tapşırıqlar təklif edir. Məsələn, konstruktor yığmaq vasitəsilə fizika qanunlarını öyrənmək olar. Bu zaman dərslərin böyük hissəsi qruplarda keçirilir və şagirdlər arasında aktiv ünsiyyəti nəzərdə tutur.[1] Beləliklə, hazır biliklərin təkrarı deyil, fərdi fəallıq vasitəsilə biliklərin əldə edilməsi baş verir. STEM-in tətbiqi tapşırıqları və onların həlli yollarını formalaşdırmaq, əldə edilmiş bilikləri geniş spektrli vəziyyətlərdə istifadə etmək bacarığını təmin edir, elmi tədqiqatlara və ixtiraçılığa stimul verir,[3] texnologiyalara qarşı müsbət münasibəti inkişaf etdirir.[4] Müəllim burada həll yolunu tapmağa kömək edən bir mentor (məsləhətçi) rolunda çıxış edir.[5]
Əgər dördkomponentli STEM məzmununa incəsənət də əlavə olunarsa, bu yanaşma STEAM (Art — incəsənət) adlanır.[2] Həmçinin müəyyən elm kateqoriyalarına və ya xüsusi fəaliyyətə vurğu edən variasiyalar da mövcuddur:
- A-STEM — incəsənət, elm, texnologiya, mühəndislik və riyaziyyat;[6]
- eSTEM — ekoloji STEM;[7]
- STEMM — elm, texnologiya, mühəndislik, riyaziyyat və tibb.[8]
Bundan əlavə, ingilis dilində "stem" sözü "gövdə, saplaq, cücərti" mənalarını da daşıyır.[9] Azərbaycanda da son illərdə təhsil sistemində bu metodologiyanın tətbiqi genişlənmişdir.
Dünyada STEM
[redaktə | vikimətni redaktə et]
STEM-in yayılması riyaziyyat, təbiət elmləri, kompüter elmləri və texnologiya sahələrində mütəxəssis çatışmazlığı ilə əlaqədardır. Bu problem özünü ən kəskin şəkildə ABŞ, Böyük Britaniya və Almaniyada büruzə verir.[5] STEM birbaşa olaraq memar, proqram təminatı tərtibatçısı, məlumat analitiki, kimya mühəndisi, elektrik mühəndisi, mexanika mühəndisi, məlumatların emalı üzrə mütəxəssis, geoloq, fizik və İT-menecer kimi peşələrdə öz davamını tapır.[4]
STEM yanaşmasını təhsil istiqamətində ən aktiv şəkildə ABŞ təşviq edir. STEM proqramı dövlət səviyyəsində həyata keçirilir və bu yanaşma ABŞ-nin bir çox universitetlərində tətbiq olunub. STEM təhsili bir istiqamət kimi 2001-ci ildə formalaşmağa başlamışdır; həmin il E. Raup "Təşəbbüskar Elm" (sonradan "STEM.org") təşkilatını təsis etmiş və sənədlərdə ilk dəfə STEM anlayışından istifadə etmişdir. ABŞ-də didaktikanın ayrıca sahəsi kimi STEM təhsili 2009-cu ildə "Educate to Innovate" proqramı ilə fərqlənmişdir. ABŞ-də STEM təhsili Elm və Texnologiya Şurası nəzdindəki Komitə, həmçinin ABŞ Milli Elmlər Akademiyasının Elm, Mühəndislik və İctimai Siyasət Komissiyası tərəfindən əlaqələndirilir.[10]
Böyük Britaniyada dövlət təşkilatları olmadığı halda, STEM təhsilində idarəetməni həyata keçirən iki qeyri-dövlət təşkilatı fəaliyyət göstərir: "STEMNet" və "EngineeringUK".[10]
Finlandiyada STEM akronimi əvəzinə LUMA ifadəsi işlədilir. 2003-cü ildə Helsinkidə universitet bazasında ilk LUMA mərkəzi açılmışdır. Bu ideyanın dəstəklənməsi çərçivəsində mərkəzlər bütün ölkə boyu fəaliyyətə başlamışdır.[10]
İrlandiyada müəllimlərin ayrı-ayrı STEM fənləri üzrə ixtisaslarını artırmaq üçün bloklara, modullara və ya seminarlara bölünmüş bir çox axşam kursları fəaliyyət göstərir.[10]
STEM-in inkişafının perspektivli istiqamətlərindən biri təhsilin cəmiyyətin dayanıqlı inkişafının təmin edilməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması və təbii ekosistemlərin süni mühitə inteqrasiyası üçün istifadə olunmasıdır.[11]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 "Що таке STEM-освіта і чи потрібна вона дітям". chytomo.com (ukrayna). 30 yanvar 2020. 5 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- 1 2 Hom, Elaine J.; updated, Daisy Dobrijevic last. "What is STEM Education?". livescience.com (ingilis). 17 fevral 2022. 11 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- ↑ Балик, Н. Р.; Шмигер, Г. П. Підходи та особливості сучасної STEM-освіти. Фізико-математична освіта. 2. 2017. 26–30.
- 1 2 Qazi, Ammar. "Why is STEM education important for the Future?". Academia (ingilis). 5 aprel 2023. 8 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2023.
- 1 2 "Чим STEAM-освіта відрізняється від tradicionalnoyi – bit.ua". bit.ua Медіа про життя і технології в ньому. 1 dekabr 2021. 8 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2023.
- ↑ Shenzhen City Longgang District Education Bureau, China. "The Guidance of A-STEM Curriculum Construction in Longgang District Shenzhen City" (PDF). g.gov.cn. 27 серпня 2018. 12 يوليو 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 квітня 2019.
- ↑ eSTEM Academy Arxiv surəti 26 may 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-05-26 at the Wayback Machine, retrieved 2013-07-02
- ↑ "Youth Stemm Award". ysawards.co.uk. 2026-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 липня 2022.
- ↑ "Meaning of stem in English". Cambridge Dictionary. 8 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2026.
- 1 2 3 4 Мізюк, Вікторія; Новак, Ганна. "Генезис поняття та ідей STEM-освіти в Україні та зарубіжжі: історичний аспект". Науковий вісник Ізмаїльського державного гуманітарного університету (ukrayna) (57). 18 may 2022. S. 87–94. ISSN 2616-8774. 5 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2023.
- ↑ "Why sustainability must become an integral part of STEM". World Economic Forum (ingilis). 8 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2023.
Ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- David Beede; və b. "Education Supports Racial and Ethnic Equality in STEM" (PDF). U.S. Department of Commerce. sentyabr 2011. İstifadə tarixi: 21 dekabr 2012.
- David Beede; və b. "Women in STEM: An Opportunity and An Imperative" (PDF). U.S. Department of Commerce. avqust 2011. İstifadə tarixi: 21 dekabr 2012.
- Kaye Husbands Fealing, Aubrey Incorvaia, and Richard Utz, "Humanizing Science and Engineering for the Twenty-First Century." Issues in Science and Technology, Fall issue, 2022: 54–57.
- David Langdon; və b. "STEM: Good Jobs Now and For the Future" (PDF). U.S. Department of Commerce. iyul 2011. İstifadə tarixi: 21 dekabr 2012.
- Arden Bement. "Statement To House & Senate Appriopriators In Support Of STEM Education And NSF Education" (PDF). STEM Coalition. 24 may 2005. 20 noyabr 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 dekabr 2012.
- Carla C. Johnson, et al., eds. (2020) Handbook of research on STEM education (Routledge, 2020).
- Mary Kirk. Gender and Information Technology: Moving Beyond Access to Co-Create Global Partnership. IGI Global Snippet. 2009. ISBN 978-1-59904-786-7.
- Shirley M. Malcom; Daryl E. Chubin; Jolene K. Jesse. Standing Our Ground: A Guidebook for STEM Educators in the Post-Michigan Era. American Association for the Advancement of Science. 2004. ISBN 0-87168-699-6.
- Unesco publication on girls education in STEM – Cracking the code: girls' and women's education in science, technology, engineering and mathematics (STEM) "http://unesdoc.unesco.org/images/0025/002534/253479E.pdf "
- Wing Lau – Chief Engineer at the Department of Physics, Oxford University. "STEM Re-vitalisation, not trivialisation". OpenSchool. 12 oktyabr 2017. İstifadə tarixi: 12 oktyabr 2017.