Qəhtan
| Qəhtan | |
|---|---|
| ərəb. قحطان | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | bilinmir |
Qəhtan (ərəb. قحطان) — ərəblərin iki əsas qollarından biri olan Qəhtanilərin əcdadı.[1]
Nəsəb alimləri ərəbləri Ədnanilər (Ərəbi-müstəribə) və Qəhtanilər (Ərəbi-aribə) olmaqla iki qola ayırırlar. Ədnanilərin əcdadı Ədnan, Qəhtanilərin isə Qəhtan hesab olunur. Bütün İslam mənbələri ilə Tövrat, Qəhtanın Nuhun oğlu Samın nəslindən olduğu haqqında həm fikirdir. Lakin bu mənbələrin demək olar ki, Qəhtanın həyatı haqqında məlumat vermirlər.[1]
Nəsəb (şəcərə) alimlərinin bir hissəsi, Qəthanın Tövratda keçən Yaqtan[2] olduğu qəbul edib, bəzi adlarının ərəbcə tələffüzü forması ilə oradakı şəcərəsini Nuh oğlu Sam oğlu Ərfahşad oğlu Şaleh oğlu Əbir oğlu Qəhtan şəklində təqdim edirlər.[3][4][5]
Müxtəlif şəcərələrin təqdim edildiyi rəvayətlər arasında ən diqqəti cəlb edəni Qəhtanın atası Əbiri[6] Hud ilə eyniləşdirən rəvayətdir.[6][7][8] Lakin İbn Həzm bu iddianı rədd edir və Qurandakı ayələrə əsaslanaraq Hudun Adın qardaşı olduğunu[9] həmin qövmün isə tamamilə məhv edildiyini[10] bildirir. Həmçinin Qəhtanın nəsli barədə Tövrat mənşəli məlumatları da şübhə ilə qarşılayır və yalnız Qəhtanın Samın nəslindən olduğunu deməklə kifayətlənir.[11]
Bəzi nəsəb alimləri isə Qəthanın İsmayılın nəslinə mənsub olduğunu göstərən bir şəcərə hazırlamış və bəzi yəmənlilərdə bunu təsdiqləmişdir.[6][12]
İbn Həzm Qəhtanın İsmayılın nəslindən gəldiyini bildirən rəvayətləri də qəti şəkildə yanlış hesab etmişdir.[13]
İraqlı tarixçi Cavad Əli isə Quranda İbrahimin bütün ərəblərin əcdadı kimi xatırladılmasını[14] və Məhəmmədin bütün ərəblərin İsmayılın övladları olduğunu bildirməsini[15] nəzərə alaraq, Qəhtanın İsmayılın nəslindən gəldiyini söyləyən rəvayətin doğruluğunu qəbul edir.[16]
Həyatı
[redaktə | vikimətni redaktə et]Təxminən 200 il yaşadığı irəli sürülən Qəhtanın,[17] bir rəvayətə görə, aralarında Yərub, Yəşcüb, Lüey, Təsm, Cədis, Cürhüm, Yəmən, Oman və Hədramutun da olduğu 31 oğlu olmuşdur.[18]
Qəhtandan sonra ərəb dilində danışan ilk şəxs kimi tanınan oğlu Yərub[19] Yəməndə hökmdarlıq etmiş və qardaşlarını müxtəlif bölgələrə rəhbər təyin etmişdir.[1]
Yəşcübün oğlu Səbənin (Əbdüşəms) Ləxm, Cüzəm, Amilə, Qəssan, Himyər, Əzd, Məzhic, Kinanə, Əşər və Ənmar adlı on oğlu olmuşdur. Bunlardan ilk dördü Suriyada (Şama), digərləri isə Yəməndə məskunlaşmışdır.[1]
Bəzi tarixçilər və nəsəb (şəcərə) alimləri Qəhtani qəbilələrini iki əsas qola ayırır və onların mənşəyini Səbənin Himyər və Kəhlan adlı iki oğlu ilə əlaqələndirirlər.[7][20]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 TDV İslâm Ansiklopedisi (türk). XXIV. İstanbul: TDV İslâm Araştırmaları Merkezi. 2001. 201–202. 9 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
- ↑ Yaradılış kitabı. 25.
- ↑ Əli, Cavad. Əl-Müfəssəl fi tarixil-Ərəb qabləl-İslam (ərəb). I. Beyrut. 1968–72. 354–355.
- ↑ İbn Səd. Kitabüt-Təbəqatil-kəbir (ərəb). I. Beyrut. 1968. 43.
- ↑ İbn Hişam. Əs-Sirətün-nəbəviyyə (ərəb). Qahirə. 1955. 5.
- 1 2 3 Məsudi. Ət-Tənbih vəl-işraf (ərəb). Beyrut. 1968. 70–71.
- 1 2 Həmdani. Əl-İklil (ərəb). I. Qahirə. 1963. 125.
- ↑ Əli, Cavad. Əl-Müfəssəl fi tarixil-Ərəb qabləl-İslam (ərəb). I. Beyrut. 1968–72. 116.
- ↑ Quran. Əraf surəsi (ərəb). 65.
- ↑ Quran. Haqqə surəsi (ərəb). 4–8.
- ↑ İbn Həzm. Cəmhərətü ənsabil-Ərəb (ərəb). Qahirə. 1962. 7–8, 329.
- ↑ Həmdani. Əl-İklil (ərəb). I. Qahirə. 1963. 103.
- ↑ İbn Həzm. Cəmhərətü ənsabil-Ərəb (ərəb). Qahirə. 1962. 7.
- ↑ Quran. Həcc surəsi (ərəb). 78.
- ↑ İbn Səd. Kitabüt-Təbəqatil-kəbir (ərəb). I. Beyrut. 1968. 51.
- ↑ Əli, Cavad. Əl-Müfəssəl fi tarixil-Ərəb qabləl-İslam (ərəb). I. Beyrut. 1968–72. 473.
- ↑ İbn Həbib. Əl-Müxəbbər (ərəb). Beyrut. tarixsiz. 364.
- ↑ Həmdani. Əl-İklil (ərəb). I. Qahirə. 1963. 116–131.
- ↑ Əli, Cavad. Əl-Müfəssəl fi tarixil-Ərəb qabləl-İslam (ərəb). I. Beyrut. 1968–72. 362.
- ↑ Əli, Cavad. Əl-Müfəssəl fi tarixil-Ərəb qabləl-İslam (ərəb). I. Beyrut. 1968–72. 363.