GitLab
| GitLab | |
|---|---|
| | |
| | |
| Tipi | internet xidməti[d], Davamlı inteqrasiya, azad və açıq mənbəli proqram, veb-sayt |
| Repozitoriya | gitlab.com/gitlab-org/gi… |
| Proqramlaşdırma dili | Ruby[1] |
| Əməliyyat sistemi | GNU/Linux |
| İnterfeysin dili | çoxdilli[d] |
| Yayımlanma tarixi | 13 oktyabr 2011[2], 10 sentyabr 2014[3] |
| Sonuncu versiya |
|
| Sayt | about.gitlab.com |
GitLab — GitLab Inc. tərəfindən əsasən inkişaf etdirilən proqram təminatı inkişaf platformasıdır. O, həm azad proqram təminatı olan "Community" (İcma) versiyası, həm də özəl proqram təminatı olan "Enterprise" (Müəssisə) versiyası şəklində mövcuddur.
Tarixi
[redaktə | vikimətni redaktə et]GitLab 2011-ci ildə ukraynalı proqramçı Dmitri Zaporojets tərəfindən yaradılmışdır. O, əvvəlcə Ruby on Rails freymvorkunda yazılmış yan layihə idi.[5] Şirkət əvvəllər GitLab B.V. adı ilə tanınırdı. 2015-ci ilin iyul ayında adı GitLab Inc. olaraq dəyişdirildi. 2021-ci ildə isə GTLB ticker simvolu ilə Nasdaq Global Select Market-də açıq səhmdar cəmiyyətə çevrildi.[6]
2024-cü ildə həmtəsisçi və baş icraçı direktor Sid Sijbrandij səhhəti ilə bağlı vəzifəsindən ayrıldı. Onun yerinə baş icraçı direktor vəzifəsinə Bil Steypls təyin olundu, Sijbrandij isə direktorlar şurasının sədri olaraq qaldı.[7]
Komponentləri
[redaktə | vikimətni redaktə et]GitLab əsasən Unix soketləri vasitəsilə bir-biri ilə əlaqələndirilmiş bir neçə komponentdən ibarətdir:[8]
- GitLab shell
- GitLab workhorse
- Nginx
- Gitaly
- Redis
- Sidekiq
- PostgreSQL
- Gitlab Puma
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ The gitlab Open Source Project on Open Hub: Languages Page. 2006.
- ↑ https://gitlab.com/gitlab-org/gitlab-foss/tree/v1.0.0.
- ↑ OpenCorporates (ing.). 2010.
- ↑ GitLab 18.11 release notes (ing.). 2026.
- ↑ Degeler, Andrii. "How GitHub rival GitLab is building a business with just 0.1% paying customers". TNX. 4 iyun 2014. İstifadə tarixi: 8 iyun 2025.
- ↑ "tickergate.com/stocks/gtlb". 7 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2026.
- ↑ Novet, Jordan. "Former GitLab CEO raises money for Kilo to compete in crowded AI coding market". CNBC. 10 dekabr 2025. 25 mart 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2026.
- ↑ Evertse, Joost. Mastering GitLab 12: implement DevOps culture and repository management solutions (1st). Packt Publishing. 2019. ISBN 978-1-78953-406-1.