Məzmuna keç

Bladee

Vikipediya, azad ensiklopediya
Bladee
Ümumi məlumatlar
Doğum adı Benjamin Reichwald[1]
Ləqəbi Bladee
Doğum tarixi 9 aprel 1994(1994-04-09) (32 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, dəb dizayneri, musiqi prodüseri, müğənni
Fəaliyyət illəri 2013-cü ildən
Janrlar klaud rep[d], trep, alternativ R&B[d]
Albom şirkətləri YEAR0001
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bladee (əsl adı: Bencamin Rayşvald; 9 aprel 1994, Stokholm) — İsveçli repçi, prodüser və dizayner. “Drain Gang” musiqi kollektivinin üzvü olmuşdur. Bladee öz musiqisini Stokholmda yerləşən YEAR0001 adlı səsyazma şirkəti vasitəsilə yayımlayır.[2] Bu şirkətə 2014-cü ildə qoşulub, “Gluee” adlı debüt miksteypi də daxil olmaqla, bütün mahnılarını bu leyblın iştirakı ilə buraxmışdır.

Bladee təkcə musiqi yazıb-oxumaqla kifayətlənmir, o, həm də vizual sənət əsərləri yaratmaqla məşğuldur. Hazırladığı rəsmlərini albomları və sinqlları üçün üz qabığı kimi istifadə edir.[3][4] Bladee, repçi həmkarı Yung Lean-in geyim markası olan “Sadboys Gear” üçün geyimlər dizayn edir, burada kreativ direktor vəzifəsini tutur.[5]

Bencamin Rayşvald 9 aprel 1994-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur.[6][7] Uşaqlığının böyük qismini şəhərin Skanstull bölgəsində keçirmişdir. Bladee 2004-cü ildə Ecco2K kimi tanınan Zak Arogundade ilə tanış olub. Eyni sinifdə oxuyan iki yoldaş 13 yaşlarında “Krossad” adlı pank qrupunu yaradıblar. Qrupla gördüyü işlər gənc Bladee-nin musiqiyə olan sevgisini oyatmışdır.[8][6][9]

Bladee məktəbdən ayrıldıqdan sonra uşaq baxçasında işə düzəlmiş, eyni zamanda hobbi kimi musiqi yaradıcılığı ilə məşğul olmağa başlamışdır.[10]

  1. The FADER (ing.). New York City. ISSN 1533-5194. (İstifadə tarixi: 1 dekabr 2022).
  2. Year0001. Accessed 19 July 2018. http://www.year0001.com/ Arxiv surəti 3 mart 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 3 mart 2021 at the Wayback Machine.
  3. Sami Baha. "Bladee – Cover Up (Prod. Sami Baha)". Soundcloud audio, 2:38, 27 June 2018. https://soundcloud.com/samibaha/bladee-cover-up-prod-sami-baha. Arxiv surəti 27 oktyabr 2023 tarixindən Wayback Machine saytında
  4. Bala Club. "Woesum – Sapphire". Soundcloud audio, 5:05, 23 December 2017. https://soundcloud.com/balaclub/woesum-sapphire Arxiv surəti 9 noyabr 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 9 noyabr 2020 at the Wayback Machine.
  5. Tesema, Feleg. "5 of Our Favorite New Collections & Where to Buy Them". Highsnobiety. Titel Media. 14 may 2018. 20 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2018.
  6. 1 2 Borelli-Persson, Laird. "Is There Anything He Can't Do? Meet Stockholm's Stylish Multi-Hyphenate Zak Arogundade". Vogue. 2 sentyabr 2016. 10 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2018.
  7. Aim Nothyng [BladeeCity]. "Thanks everyone that wish me happy birthday" (Tweet) (ingilis). 9 aprel 2016. 29 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2022.
  8. Angell, Jack. "Being Bladee: In a rare interview, the Drain Gang CEO opens up about the distinctive world he's created". The Fader (ingilis). 17 sentyabr 2019. 20 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
  9. "Meet Bladee, the Swedish Musician Who Stars in the New Heaven by Marc Jacobs Lookbook". Vogue (ingilis). 6 aprel 2021. 16 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
  10. "Bladee, old swedish hardcore punk mix". atractivoquenobello (ingilis). 9 iyul 2014. 12 sentyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2019.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]