Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 211.595 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Təmiz torpaqbuddizmdə Budda və ya bodhisattva tərəfindən yaradılmış, onların fəaliyyəti və davamlı gücü ilə təmizlənmiş transsendent aləmlər. Bu aləmlər Buddanın təmiz niyyətləri və düşüncələri ilə rahatlıq və səadət məkanı kimi yaradılmış, bəzən isə meditasiya vasitəsilə formalaşdırılmış paradisial dünyalar kimi təsvir edilmişdir. Təmiz torpaqlar samsaranın əzablarından uzaq və varlığın üç səviyyəsindən kənarda olan yerlər hesab olunur. Bir çox Mahayana buddistləri ölümdən sonra Buddanın təmiz torpağında yenidən doğulmağa can atırlar. Bu aləmlərdə yalnız müqəddəslər, Buddalar və bodhisattvalar mövcud olur. Zaman anlayışı bu sahələrdə fərqli şəkildə işləyir. Bir aləmdə keçən bir saat, digərində bir ilə bərabər ola bilər.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Ancelina Colinin filmoqrafiyasıABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı. Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi. 11 il sonra o, növbəti filmdə — aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu. Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı. Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" mükafatını əldə etdi. Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatını qazandı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli