7 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri və dəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Missiyamız
AİH-nin mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək.
Ətraflı







