Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA və Gürcüstanın Milli Qida Agentliyi arasında zərərvericiyə qarşı birgə mübarizə tədbirləri müzakirə edilib
AQTA və Gürcüstanın Milli Qida Agentliyi arasında zərərvericiyə qarşı birgə mübarizə tədbirləri müzakirə edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Gürcüstanın Milli Qida Agentliyi arasında Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş görüş keçirilib. Görüş zamanı region üçün iqtisadi əhəmiyyət daşıyan bu invaziv zərərvericiyə qarşı mübarizə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Tərəflər zərərvericinin yayılmasının qarşısının alınması və effektiv idarə olunması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə əməkdaşlıq barədə razılığa gəliblər. Əməkdaşlıq çərçivəsində operativ idarəetmə mexanizminin formalaşdırılması üçün hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılması planlaşdırılır. Sözügedən qrup qərarların koordinasiyasını, məlumat mübadiləsini və tədbirlərin planlaşdırılmasını təmin edəcək, eyni zamanda regional əməkdaşlıq strategiyasının hazırlanması üzərində çalışacaq. Bununla yanaşı, zərərvericinin yayılmasının izlənilməsi məqsədilə sərhədyanı ərazilərdə ikitərəfli razılaşdırılmış monitorinq və mübarizə tədbirləri üzrə məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Zərərvericinin intensiv miqrasiya dövrlərində bu ərazilərdə paralel və koordinasiyalı mübarizə tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bu məqsədlə ortaq mübarizə təqviminin hazırlanması planlaşdırılır ki, bu da resurslardan daha səmərəli istifadəni təmin edəcək. Məlumatların sistemli şəkildə toplanması erkən müdaxilə imkanı yaradacaq, nəticədə pestisid istifadəsinin və ümumi xərclərin azalmasına müsbət təsir göstərəcək. Görüşdə bioloji mübarizə sahəsində təcrübə mübadiləsi də aparılıb. Qeyd olunub ki, bu yanaşma kimyəvi vasitələrin istifadəsinin azaldılmasına və ekosistemə mənfi təsirlərin minimuma endirilməsinə xidmət edir. Transsərhəd zərərvericilərlə mübarizədə regional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə birgə fəaliyyət gələcəkdə də davam etdiriləcəkdir.

Qida sektorunda sahibkarlığa dövlət dəstəyi artırılır
Qida sektorunda sahibkarlığa dövlət dəstəyi artırılır

Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.  Sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və sadələşdirilmiş üsulla icrası təmin olunub.  İdxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.  Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.

AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb
AQTA tərəfindən ümumtəhsil müəssisələrində aparılan nəzarət tədbirləri zamanı nöqsanlar aşkarlanıb

Ölkə ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır. Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb. Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb. Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.

Heyvanları peyvənd edərkən ən vacib qaydalar!
Heyvanları peyvənd edərkən ən vacib qaydalar!

Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları  peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab